Китабын ады


BU MARAQLI HADİSƏ İNSAFLI ELM ƏHLİNİN DİQQƏTİN



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə180/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   176   177   178   179   180   181   182   183   ...   314
2 5290018709182616340

BU MARAQLI HADİSƏ İNSAFLI ELM ƏHLİNİN DİQQƏTİN 
CƏLB EDƏR 
 
Çox  gülüncdür  ki,  bir  neçə  gecə  əvvəl  şiənin  Rəsulallahın  (s)  dövründə 
olmayan,  Osmanın  dövründə  meydana  gələn  siyasi  bir  firqə  olduğunu  və  təqlid 
edilməsinin  caiz  olmadığını  söylədiniz.  Bunun  belə  olmadığını  –  şiə  məzhəbinin 
Rəsuli-əkrəmin  (s)  mübarək  əmriylə  öz  dövründə  qurulduğunu  iki  gün  əvvəlki 
məclisdə  əqli  və  nəqli  dəlillərlə  isbat  etdik.  Bu  məzhəbin  birinci  imamı  və  rəisi 
olan  həzrət  Əli  ibn  Əbu  Talibi  (ə)  həzrət  Peyğəmbərimiz  (s)  bilavasitə  özü 
böyütmüş və elmləri də bilvasitə özü ona öyrətmişdir.  
Yenə  mötəbər  kitablarınızda  Peyğəmbərin  (s)  həzrət  Əlini  (ə)  elmin  qapısı 
olaraq vəsf etdiyi, Ona edilən itaətin özünə edilən itaət və Ona edilən müxalifətin 
özünə  edilən  müxalifət  olduğunu  70  min  nəfərlik  bir  cəmiyyətin  hüzurunda 
açıqladığı və sonra da Onu özündən sonrakı xəlifə və ima olaraq tanıtdığı və bütün 
müsəlmanlara,  hətta  Ömər  və  Əbu  Bəkirə  belə  Ona  beyət  etmələrini  əmr  etdiyi 
nəql olunmuşdur! 
Dörd  məzhəbiniz  –  Hənəfi,  Maliki,  Şafei,  Hənbəli  –  hansı  təməl  üzərində 
qurulmuş  və  dörd  imamınızdan  biri  Rəsulallahla  (s)  görüşmüşdür?!  Həzrət 
Peyğəmbər  (s),  onlardan  hansı  biri  haqqında  bir  göstəriş  vermiş  və  ya  tövsiyə 
etmişdir ki, xalq kor-koranə onları təqib etməyə məcbur olsun?! Özünüz də dəlilsiz 
bir  şəkildə  onları  təqlid  edirsiniz.  Onların  mütləq  imamətlərinə  dair  heç  bir  dəlil 
yoxdur! 
Onlar haqqında söylənilə biləcək tək şeyi siz də buyurdunuz: alim fəqih, zahid 
və  təqva  əhli  idilər  və  onların  dövründə  yaşayan  xalqın  da  onları  təqlid  etmələri 
lazım  idi.  Bu,  əsla,  bütün  müsəlmanların,  Qiyamət  gününə  qədər  onları  təqlid 
etmək məcburiyyətində olmaları mənasına gəlməz! 
Bunlara əlavə olaraq, yuxarıda zikr edilən sifətlər, həzrət Peyğəmbərdən gələn 
qəti  dəlillərlə  birlikdə  Onun  pak  Əhli-beytində  cəm  olduğu  halda  Onları  təqib 
etmək daha doğrudur, yoxsa heç bir xəbərin yetişmədiyi şəxslərmi? 


 
171 
Görəsən, Peyğəmbərin (s) dövründən onda heç bir əlamətin olmadığı, heç bir 
məzhəb  imamı  haqqında  Rəsulallahdan  hər hansı bir xəbərin bizə  yetişmədiyi  və 
Ondan bir əsr sonra meydana gələn məzhəblər, siyasi məqsədlərə görədir? Yoxsa 
təməlləri  Rəsulallah  (s)  tərəfindən  qoyulan,  ilk  imamı  bilavasitə  O  həzrət 
tərəfindən  yetişdirilən,  digər  on  bir  imamı  haqqında  bir-bir  adlarıyla  birlikdə 
Peyğəmbərdən  düsturların  yetişdiyi  və  hədislərdə  ONları  Qurana  bərabər  edərək, 
«Səqəleyn» hədisində «Quran və Əhli-beytə bağlanan xilas olmuşdur; Onlardan 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin