Hafiz: «Bu halda buyurun. Söylədikləriniz, hansı alimlərin hansı kitablarında
yazılmışdır. Əgər yadınızda olan varsa bəyan edin».
Dəvətçi: «Əbu Hənifə və İbn Həzmin əshabı (təqibçilir) və daha neçəsi,
ardıcıl olaraq ima Malik və imam Məhəmməd ibn İdris Şafeinin toxunmuş və
eyblərini söyləmişlər. Eyni şəkildə imam Şafeinin əshabından olan imamul-
Hərəmeyn, ima Qəzali və digərləri, Əbu Hənifə və Malikin eyblərini zikr etmişlər.
İndi sizdən soruşuram: «İmam Şafei və Əbu Hamid ibn Məhəmməd Qəzali və
Carullah Zəməxşəri necə insanlardır?»
Hafiz: «Tanınmış alim və fəqihdirlər, eyni zamanda camaatın
imamlarındandırlar».