Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə187/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   183   184   185   186   187   188   189   190   ...   314
2 5290018709182616340

ölən cahil kimi ölür» buyurmazdı.  
Sizin  böyük  alimlərinizdən  Həmidi  «Əl-cəmu  bəynəs-Səhiheyn»  adlı 
kitabında, molla Səid Təftəzani «Əqaidi Nəsəfi»nin şərhində və bir çoxları həzrət 
Peyğəmbərdən (s) bu hədisi nəql etmişlər: 
«Kim zamanının imamını tanımadan ölərsə, cahilliyə ölümüylə ölmüşdür». 
Dinin cüzi məsələlərindən birini bilməmək, cahiliyyə ölümüylə ölməyə səbəb 
olmaz.  Çünki,  Beyzəvi;  «İmamətə  müxalifət  etmək  küfr  və  bidətə  səbəb  olar» 
deyir.  
Nəticə  etibarıyla  imamət  üsulidindən  olub,  nübuvvət  məqamının 
tamamlayıcısıdır, buna görə imamətin lüğəti mənasıyla istilahi mənası arasında çox 
böyük fərq vardır. Siz ki, öz alimlərinizi ima bilirsiniz. Məsələn: ima Əzəm, imam 
Malik, imam Şafei, ima Əhməd ibn Hənbəl, imam Fəxri Razi, imam Sələbi, imam 
Qəzali  və  digərləri.  Burada  qeyd  olunan  «imam»  kəlmələri  imamətin  lüğəti 
mənasıdır  və  biz  də  «imam»  kəlməsini  bu  mənada  da  istifadə  edirik.  «Camaat 
imamı» və ya «cümə imamı» təbirləri buna bir misaldır.  


 
176 
Əgər  imam  bu  məna  ilə  istifadə  olunarsa,  yüzlərcə  imamın  eyni  zamanda 
yaşaması  mümkündür.  Amma  imam,  əvvəldə  ərz  etdiyimiz  kimi,  peyğəmbərdən 
sonra ümmətin ümumi başçısı mənasındadır. Hər zamanda sadəcə bir nəfər imam 
(başçı) ola bilər və bu ima, gözəl bütün əxlaqi sifətlərin yanında hər kəsdən daha 
alim, daha cəsur, daha təqvalı və ən önəmlisi  məsum olmalıdır. Qiyamət gününə 
qədər yer üzü heç bir zaman belə bir İmamın vücudundan məhrum qalmayacaqdır.  
Aydındır ki, bu şəkildə insanlığın bütün kamalları vücudunda cəm olmuş bir 
imamın  məqamı,  mənəvi  məqamların  ən  üstündür.  Belə  bir  imam  Allah-Təala 
tərəfindən müəyyən edilməli və peyğəmbər tərəfindən də xalqa təbliğ edilməlidir. 
Bu xüsusiyyətə sahib olan bir şəxsin  (imamın) məqamı bütün məxluqatdan, hətta 
peyğəmbərlərdən daha böyük və ucadır». 
Hafiz: «Bir tərəfdən ğulatı qınayır, digər tərəfdən də imamlar haqqında ğuluv 
edirsiniz;  ONların  məqamını  peyğəmbərlərdən  üstün bilirsiniz.  Həm  əqli dəlillər, 
həm də Qurani-kərimdə aydın bir şəkildə ənbiyanın məqamını ən yüksək məqam 
olaraq  tanıtmışdır  və  vacib  ilə  mümkün  arasındakı  ən  yüksək  məqam  ənbiyanın 
məqamıdır.  Sizin  bu  iddianız  dəlilsiz  bir  iddia  olduğuna  görə  qəbul  edilməsi 
mümkün deyildir!». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin