Əgər insanın yaradılışına bir az diqqət edilərsə, bu məqama yetişmək yolu
aydın olar. Çünki Allah-Təala bəşəriyyətin kamalını nəfsin kamalında qərar
vermişdir. Nəfsin kamalı isə ancaq nəfs təzkiyəsiylə mümkündür. Nəfs təzkiyəsi
də, insaniyyət məqamının yüksək nöqtəsinə yetişmək üçün ancaq ağlın rəhbərliyi
istiqamətində elm və əməl qanadlarının pərvazlanmasıyla mümkün ola bilər.
Müvəhhidlərin mövlası Əmirəl-möminin həzrət Əli (ə) özünə nisbət edilən bir
cümlədə belə buyurur:
«İnsan (cisminin nəzərdə tutaraq) natiq bir nəfsə sahib olaraq yaradıldı