Китабын ады


fərqlə ki, məndən sonra peyğəmbər yoxdur



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə199/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   195   196   197   198   199   200   201   202   ...   314
2 5290018709182616340

fərqlə ki, məndən sonra peyğəmbər yoxdur». 
Görəsən, sizcə, bu qədər əhli-sünnət üləmasının (onların çox az bir qisminin 
adlarını  zikr  etdim)  bu  hədisi  həzrət  Peyğəmbərin  (s)  səhabələrindən  bir  çoxuna 
istinad  edərək  nəql  etmələri  hədisin  mütəvatir  olduğuna  dair  dəlil  deyilmi?! 
Görəsən, bu anda bu hədisin xəbəri-vahid olduğunu söyləməklə xəta etdiyinizi və 
mütəvatir  hədislərdən  olduğunu  qəbul  edirsinizmi?!  Çünki  mühəqqiq  alimləriniz 
də bu hədisin mütəvatir olduğunu iddia etmişlər.  


 
185 
Məsələn;  Cəlaləddin  Siyuti  «Risalətul-Əzharil-Mütənasirəti  fi  Əhədisil-
Mütəvatirə»  və  «İzalətul-Xifa  və  Qurrətul-Əyneyn»  kitablarında  bu  hədisin 
mütəvatir olduğunu təsdiq etmişdir.  
Bu  hədisin  sənədinin  səhihliyi  haqqında  adətiniz  üzrə  şəkk  etdiyiniz  üçün 
böyük alimlərinizdən olan Məhəmməd ibn Yusif Gənci Şafeinin «Kifayətut-Talib 
fi  Mənaqibi  Əli  ibn  Əbi  Talib»  kitabının  VII  bölümünə  müraciət  etməniz  yaxşı 
olar.  O,  həzrət  Əlinin  (ə)  digər  üstünlüyünü  də  bildirən  altı  hədis  nəql  etdikdən 
sonra  149-cu  səhifədə  öz  nəzərini  bildirməklə  həqiqətləri  bəyan  etmişdir.  Əgər 
sözlərimizi qəbul etmirsinizsə, bu Şafei aliminin sözləri Höccəti sizə tamamlayır. 
O,  belə  yazır:  «Bu  hədis  səhihliyinə  görə  böyük  alimlərin  ittifaq  etdiyi 
hədislərdəndir». 
Böyük  alim  və  hafizlərdən  Əbu  Əbdullah  Buxari  «Səhihi-Buxari»,  Müslim 
ibn Həccac «Səhihi-Müslim», Əbu Davud «Sünnəni-Əbu Davud», Əbu İsa Tirmizi 
«Came»sində,  Əbu  Əbdürrəhman  Nəsai  «Sünəni-Nəsai»  və  İbn  Maccə  Qəzvini 
«Sünəni-İbn  Maccə»  kitabında  bu  hədisi  nəql  etmiş  və  bütün  bu  alimlər  məzkur 
hədisin səhihliyi haqqında ittifaq etmişlər. Hakim Nişaburi də «Bu, təvatür həddinə 
yetişən bir hədisdir» demişdir.  
Belə  güman  edirəm  ki, bu hədisin  səhihliyi  və  mütəvatir olduğuna  dair  olan 
şübhələri aradan aparmaq üçün əlavə dəlil gətirməyə ehtiyac yoxdur». 
Hafiz:  «Gətirdiyiniz  bu  səhih  və  etibarlı  dəlillər  qarşısında  təslim  oluram. 
Mən o qədər imansız və inadkar deyiləm. Amma böyük alim və mütəkəllim olan 
Əbul-Həsən Amudi dəlillərlə bu hədisi rədd etmişdir. Lütfən, bunun üzərində bir 
az düşünün». 
Dəvətçi: «Sizin kimi insaflı bir alimin əhli-sünnətin ümumisinin qəbul etdiyi 
böyük  alimlərdən  gətirdiyim  dəlillər  qarşısında  Amudi  kimi  şərli,  əqidəsiz  və 
namazı tərk edən birinin sözlərinə diqqət etməsi, həqiqətən, məni təəccübləndirir». 
Şeyx:  «Bəşər  əqidəsini  bildirməkdə  azaddır  və  bir  nəfər  əqidəsini  bildirərsə 
onu ittiham etmək doğru deyildir! Hələ sizin kimi əxlaqlı bir alimin məntiqli cavab 
vermək əvəzinə, bir fəqihi pis sözlərlə ittiham etməsi çox çirkin bir şeydir!». 


 
186 
Dəvətçi:  «Yanlış  buyurdunuz.  Mənim  heç  kimə  bir  pisliyim  yoxdur, 
Amudiylə də eyni dövrdə yaşamamışam. Amma onun yanlış əqidə sahibi olduğunu 
sizin böyük alimləriniz nəql etmişlər». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin