Ayrıla bilmərəm haqqın hökmlərindən, Ensə də başıma qılıncı düşmənin!
Bütün bu iftira və yalanlara qarşı məni qoruyan, insanlar arasındakı məhəbbət
və hörmətimi artıran Allaha şükrlər olsun həqiqətən də, kim Allah üçün olarsa,
Allah da onun üçün olar. İnsanlar heç bir zaman haqq və həqiqəti ortadan qaldıra
bilməz!
O zaman yəhudilər onlara yalan və iftira atdılar O, pakizə İsa ibn Məryəmə. Mən kiməm ki, bu dünyada mənə yalan qoşmasınlar? Nə günəşəm, nə də ki, ayam.
Həzrət İsanın (ə) əziz anası həzrət Məryəmi (ə.s) zina etməkdə, onlarla
peyğəmbərləri sehrbazlıq və divanəlikdə (ruhi xəstəlik) ittiham etdilər. Onlar bütün
bunlara baxmayaraq süsləşmədilər, ümidsizliyə qapılmadılar və nəticədə, həyatları
bizlər üçün ibrət dərsi oldu. Beləliklə, bizim də iftira və küfr qarşısından
qaçmamağımızı, inanclarımızda daha da sabit və güclü olmağımızı təmin etdilər.
Din düşmənlərinin bütün bu çirkin səylərinə baxmayaraq, böyük dini
şəxsiyyətlərin adına ləkə gətirə və onların məhəbbətini xalqın qəlibindən çıxara
bilmədilər. Müaviyə kimi bir insan bütün var gücüylə imam Əmirəl-möminin
həzrət Əlinin (ə) adını pisə çıxarmaq məqsədilə hansı iftiralara əl atmazdı? Həzrət
Əlinin (ə) namaz qılmadığını, məqam düşkünü olduğunu, Mədinədə fitnə saldığını,
Osmanın qətlinə səbəbkar olduğunu iddia etdi. İnsanları imam Əliyə (ə) lənət
etməyə təşviq etdi. 80 il ərzində ardıcıl olaraq minbərlərdə həzrət Əliyə (ə) lənət
edildi. Xaricilər və nasibilər bu çirkin əməli günümüzə qədər də davam etdirirlər.
Onlar hər nə qədər imam Əlinin (ə) adını pisləməyə çalışdılarsa da, bunun tam əksi
10
gerçəkləşdi. Öz adları tarixdən silindi və tarixdə sadəcə nifrət edilən adlar qaldı.
Haqq və batilin göstəricisi də budur!