Onlar mənim babalarımdır ey Cərir! İnsanlar bizi bir araya gətirdiyi zaman, Onların mislini mənə gətirin.
Xülasə, nəsilləri Xatəmul-ənbiya və Əliyyul-Mürtəzaya (Allahın Salavat və
salamı olsun onlara) yetişənlərdən başqa heç bir kəs şərəflə babalarının böyüklüyü
və ucalığı ilə öyünə bilməz!».
Hafiz: «Dəliliniz, həqiqətən, yetərli və kamildir; bunu inadkar və təəssübkeş
şəxslərdən başqa qətiyyən inkar edən olmaz. Pərdələri gözümüzün önündən
qaldırdınız. Biz də nəticədə yararlandıq, belə ki, artıq böyük bir şübhə aradan
qalxdı».
Bu əsnada, işa namazının vaxtını elan edən müəzzinin azan səsi eşidildi
1
.
Sünni qardaşlar məscidə getmək və vacibi əda etmək üçün hazırlaşırdılar.
Qardaşlardan bəziləri, «Əgər təkrar dönüb müzakirəyə davam etmək istəyirsinizsə,
məscidə gedib-gəlmək çox vaxt aldığına görə, məclis davam etdiyi müddətdə işa
namazının burada qılınması yaxşı olardı. Təkcə Seyid Əbdülhəy ağa (məscidin
İmamı) məscidə gedib, camaatla namaz qıldıqdan sonra geri dönər» dedilər.
1
Sünni qardaşlar şiələrin əksinə, vacib olaraq zöhrlə əsr və məğriblə işa namazlarını ayrı qılırlar. Lakin şiə,
Rəsulallah (s) və onun pak Əhli-beytinə (ə) tabe olaraq cəm və ayrı qılmaqda muxtardır.
26
İrəli sürülən təklif hər kəs tərəfindən qəbul olundu. Qardaşlar namaz qılmaq
üçün digər böyük bir otağa keçib, namazı əda etdikdən sonra təkrar bəhs yerinə
döndülər
1
.