Китабын ады


baxımından da müsəlmanların ilkisən



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə202/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   198   199   200   201   202   203   204   205   ...   314
2 5290018709182616340

baxımından da müsəlmanların ilkisən». 
Sonra belə buyurdu: 
«Ya Əli! Sən mənə nisbətdə Harunun Musaya olan mənziləti kimisən; sənə 
düşmən olduğu halda məni sevdiyini söyləyən yalan söyləmişdir». 


 
188 
Sizin  məzhəbinizdə xəlifə  Ömərin  sözünü  rədd  etmək  caizdirmi?!  Əgər  caiz 
deyilsə, o zaman nə səbəbdən Audi kimi halı hər kəsə məlum olan birinin sözlərini 
nəzərə alırsınız?! 
 
XƏBƏRİ-VAHŞİDİN ƏHLİ-SÜNNƏT MƏZHƏBİNDƏKİ 
HÖKMÜ 
 
Bu  mövzu  ilə  əlaqədar  bir  sualınız  cavabsız  qaldı.  Buyurdunuz  ki,  bu  sözü 
söyləsək, əlimizdəki olan rical elminin ölçülərinə görə doğrudur. AMma bunu sizin 
söyləməyiniz,  həqiqətən,  təəccüblüdür.  Çünki  məzhəbinizdə  xəbəri-vahidin 
höcciyyəti sabitdir. Bundan əlavə, mühəqqiq alimləriniz xəbəri-vahidi inkar edənin 
kafir  və  ya  fasiq  olduğunu  söyləmişlər.  Məsələn:  Məlikul-üləma  Şəhabuddin 
Dövlət Abadi «Hidayətüs-Süəda»da belə demişdir: 
«Kim  xəbəri-vazid  və  qiyası  inkar  edər  və  onların  höccət  olmadığını 
söyləyərsə  kafir  olar.  Amma  əgər  bir  adam  «Bu  xəbəri-vahid  səhih  və  bu  qiyas 
sabit deyildir» söyləyərsə, kafir olmaz; amma fasiq olar». 
Hafiz:  «Gözəl  bəyanınız  və  əhli-sünnət  kitabları  haqqındakı  geniş 
məlumatınıza  görə  çox  şad  oldum.  Bizə  şiə  alimlərinin  əhli-sünnət  kitablarını 
oxumaq üçün əllərinə almaq istədikləri zaman, əlləri bu kitablara dəyməsin deyə, 
əlcəklə, maqqaşla və ya bir bez parçasıyla tutulmalıdır söyləyirlər». 
Dəvətçi:  «Bu  sözlərin  doğruluğuna  dair  heç  bir  dəliliniz  yoxdur.  Bunlar, 
qərbin və yerli şeytanların suyu bulandıraraq müsəlmanlar arasındakı ixtilafdan öz 
məqsədlərinə istifadə etmək üçün gizli əllər vasitəsiylə icad etdikləri sözlərdir. Bu 
mövzuda sizin və bizim vəzifəmiz davamlı olaraq xalqı oyatmaqdır.  
Qurani-kərim «Hücurət» surəsinin 6-cı ayəsində müsəlmanlara belə xatırladır: 
«Ey  insanlar!  Sizə  fasiq  (yoldan  çıxmış)  bir  adam  bir  xəbər  gətirsə,  onun 
doğruluğun araşdırın. Yoxsa bilməyərək bir cəmiyyətə qarşı pislik edər, sonra da 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin