Китабын ады


etdiyinizdən peşman olarsınız



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə203/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   199   200   201   202   203   204   205   206   ...   314
2 5290018709182616340

etdiyinizdən peşman olarsınız». 


 
189 
Biz alimlər bundan qafil olmamalıyıq. Əgər Allahın bu göstərişi ağalar üçün 
bir meyar olsaydı, eşitdikləri iddialar onlarda təsir buraxmaz və bu gün peşmanlığa 
səbəb olmazdı.  
Biz kafir, müşrük və mürtədlərin kitablarını əlcəksiz əlimizə alıb oxuduğumuz 
halda,  necə  olur  müsəlman  qardaşlarımızın  kitablarına  həqarət  gözüylə  baxaq? 
Buyurduğunuz  əksinə  olaraq  böyük  alimlərinizin  mötəbər  kitablarını  dəqiq  bir 
şəkildə  oxuyur  və  səhih  sənədlərə  sahib  olan  hədisləri  də  qəbul  edirik.  Elmi  və 
məntiqi ixtilafların məzhəb və etiqadla hər hansı bir bağlantısı yoxdur.  
Görəsən, şiə tələbələrinin Sərf, Nəhv, Məani, Bəyan, Məntiq, Lüğət, Təfsir və 
Kəlamda  alimlərinizin  yazdığı  kitablardan  istifadə  etdiklərindən  xəbəriniz 
yoxdurmu? Bu halda necə ola bilər ki, onlar kitabları hər hansı bir vəsiləylə yerdən 
qaldırsınlar?! 
Əlbəttə,  sizin  nəql  edilmiş  hədislərinizin  sənədində  yer  alan  bəzi  raviləriniz 
qəbul olunmazdırlar, onların sözlərinə etina edilməz. Ənəs, Əbu Hüneyrə, Səmurə 
və digərləri ki, daha əvvəl də ərz etmişdim. Çünki sizin alimlərinizdən bəziləri də 
onları  rədd  edirlər;  Əbu  Hənifə  də  bunlardan  biridir.  Biz  də  yuxarıda  adı  zikr 
edilən  şəxslərdən  nəql  etmiş  hədisləri  qəbul  etmir  və  rədd  edirik.  Bunların 
xaricində  mühəqqiq  alimləriniz  tərəfindən  yazılmış  elmi  kitabları  diqqətlə 
oxuyuruq.  Xüsusilə  həzrət  Peyğəmbər  (s)  və  Əhli-beytin  (ə)  həyatları  üzərində 
araşdırdığım ən çox oxuduğum və qaynaq kimi əsas götürdüyüm sizin kitablarınız 
olmuşdur.  
Şəxsi  kitabxanamda  200  cild  əhli-sünnət  alimlərinin  təfsir,  hədis  və  tarix 
kitabları  çap  olunmuş  və  ya  xətti  şəkildə  mövcuddur  və  mən  araşdırmalarımda 
bunlardan istifadə edirəm. Amma bizim üləmamız sərraf kimidir və bu kitablardakı 
doğru  və  yanlışları  bir-birindən  ayırırlar;  Fəxri  Razilərin,  İbn  Həcərlərin, 
Ruzbəhanların, Amudilərin və İbn Teymiyyələrin şübhə və səhvlərinə aldanmır və 
onların yanlış fikirlərinin təsiri altına düşmürlər.  
Səmimi  qəbul  edin  ki,  mənim  Peyğəmbərin  (s)  Əhli-beytinə  (ə)  və  məsum 
İmamların  (ə)  məqamına  olan  yaxın  dərəcədə  mərifətim  daha  çox  mötəbər 
kitablarınızı oxumağım sayəsində olmuşdur». 


 
190 
Hafiz:  «Mövzudan  çox  uzaqlaşdıq.  Lütfən  Mənzilət  hədisinin  Həzrət  Əlinin 
nübuvvət  məqamına  necə  dəlalət  etdiyini  və  Onun  (k.v)  hansı  yolla  nübuvvət 
məqamına sahib olduğunu açıqlayın». 
Dəvətçi:  «Bizə mütəvatir olaraq yetişən bu hədisi-şərifdən, Əmirəl-möminin 
həzrət Əli (ə) üçün üç xüsusiyyət sabitdir: 
Birinci məna və həqiqətdə O, həzrət üçün olan nübuvvət məqamı.  
İkinci, həzrət Peyğəmbərdən (s) sonra zahiri xilafət və rəhbərlik məqamının O 
həzrətə yetişməsi.  
Üçüncü, həzrət Əlinin (ə) bütün əshabdan və digər insanlardan üstün olması.  
Çünki  həzrət  Peyğəmbər  (s)  mənzilət  hədisiylə  imam  Əlinin  (ə)  həzrət 
Harunun  (ə)  mənzilətinə  sahib  olduğunu  açıqlamışdır.  Harun  (ə)  da  nübuvvət  və 
həzrət  Musanın  (ə)  xəlifəsi  olmaq  məqamına  sahib  olmaqla  bəni-İsraildən 
üstündür». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin