HƏZRƏT HARUNUN (Ə) MƏNZİLƏTİNİN İMAM ƏLİ (Ə) ÜÇÜN OLDUĞUNUN İSBATI
Həzrət Harun digər bir çox peyğəmbərlər kimi müstəqil bir nübuvvətə sahib
deyildi; qardaşı həzrət Musanın şəriətinə tabe idi. Həzrət Əli də nübuvvət
məqamına sahib idi. Amma müstəqil deyildi, həzrət Məhəmmədin (s) şəriətinə tabe
idi. Həzrət Peyğəmbər (s) bu hədis (Mənzilət) vəsiləsiylə ümmətə anlatmaq istədi
ki, həzrət Harun necə nübuvvət məqamına sahib və zamanının ulul-əzim
peyğəmbəri olan həzrət Musaya tabe idisə, həzrət Əlidə (ə) imamət mərtəbəsiylə
bərabər nübuvvət məqamına sahibdi. Amma peyğəmbərimizin (s) şəriətinə tabe idi.
Bunun özü, həzrət Əli (ə) üçün ülvü bir xüsusiyyətdir.
İbni Əbil-Hədid «Nəhcul-bəlağənin şərhi» kitabında məzkur hədisi nəql
etdikdən sonra söyləyir: «Həzrət Peyğəmbər (s) bu hədis və bəyanıyla Harunun
Musaya (ə) nisbətdə sahib olduğu bütün mərtəbələrə həzrət Əlinin (ə) də sahib
olduğunu isbatlamışdır. Əgər həzrət Peyğəmbərdən (s) sonra peyğəmbərlik davam
etmiş olsaydı, həzrət Əli də (ə) peyğəmbər olardı. Peyğəmbərin (s) «Doğrumu,