Əli də onun ağasıdır» hədisinə görə də, (Necə ki, bu hədisin şərhi bu kitabda
gələcək) imam Əli (ə) həzrət Rəsuli-əkrəmin (s) ümmətin ağası məqamına
sahibdir.
İmam Əli (ə) «Ali-imran» surəsindəki Mübahilə ayəsinə görə də, həzrət
Peyğəmbərlə (s) nəfs birliyi (ittihadi nəfs) məqamına sahibdir. Bu səbəbdən Allah-
Təala mübahilə ayəsində (bu kitabda şərh ilə zikr edildiyi kimi, hər iki məzhəbin
fikrinə görə) həzrət Əlini (ə) Rəsulallahın (s) nəfsi dərəcəsində qərar vermişdir.
İmam Əli (ə) evinin qapısının məscidə açılması yönündən də həzrət
Peyğəmbərlə (s) eyni məqama sahibdir (Bilindiyi kimi, Rəsulallahla (s) həzrət
Əlinin (ə) qapısı istisna olmaqla, qapıları məscidə açılan bütün evlərin qapıları
həzrət Peyğəmbərin (s) əmriylə bağlanmışdı).
İmam Əli (ə) məscidə cənabətli daxil ola bilməklə əlaqəli özünə verilən izndə
də həzrət Peyğəmbərlə (s) eyni məqama sahibdir».
Bu arada əhli-sünnət qardaşlarımız arasında yavaşca bəzi sözlər söylənməyə
başladı. Nə olduğunu soruşduqda belə cavab verdilər:
Nəvvab: «Keçən cümə, namaz qılmaq üçün məscidə getdik. Hafiz, təsadüfən
sizin Peyğəmbərin (s) məscidinə açılan qapıyla əlaqəli nəql etdiyiniz hədisi nəql
etdi və bu qapının Əbu Bəkrin qapısı olduğunu söylədi. Bu qapının həzrət Əlinin
qapısı olduğunu söyləməyiniz, məclisdə olanların heyrətinə səbəb oldu. Elə
197
danışdığınız mövzuyla əlaqəli olduğu üçün bu məsələni izah etməyinizi rica
edirik».