Hafiz: «Mümkünsə, onların yerlərini bildirərdiniz».
Dəvətçi: «Müslim ibn Həccac «Səhih» kitabının «Əl-cəmu beynəs-səlatəyni
fil Həzər» babında ravilərin silsiləsini nəql edərək İbn Abbasdan belə deyir:
«Rəsulallah (s) zöhrlə əsr və məğriblə işa namazını, heç bir təhlükə və səfərdə olmadan, cəm halda qıldı». Yenə İbn Abbas belə nəql etmişdir:
«Rəsulallahla (s) səkkiz rükət zöhrlə əsr və yeddi rükət də məğriblə işa namazlarını cəm halda qıldım». Eyni hədisi imam Əhməd ibn Hənbəl «Müsnəd» kitabının I cüzünün 221-ci
səhifəsində nəql etmişdir. Digər bir hədis də İbn Abbasın belə nəql etdiyini deyir:
«Rəsulallah (s) Mədinədə olduqda, səfərə çıxmadığı halda, bir dəfə səkkiz, bir dəfə də yeddi rükət namaz qıldı (yəni zöhrlə əsr və məğriblə işa namazını cəm halda əda etdi)». Müslim bu baxımdan bir neçə hədis nəql edir; o yerə qədər belə yazır:
«Əbdullah ibn Şəqiq belə dedi: «Bir gün əsr vaxtından sonra İbn Abbas bizə xütbə oxuyub, söhbət edirdi. Söhbəti o qədər uzun çəkdi ki, günəş batdı, ulduzlar çıxdı və camaatın; «Əs-səlat! Əs-səlat» (Namaz! Namaz!) səsləri