Китабын ады


kimidir; amma məndən sonra nəbi yoxdur



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə225/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   221   222   223   224   225   226   227   228   ...   314
2 5290018709182616340

kimidir; amma məndən sonra nəbi yoxdur» hədisi ümuma dəlalət edir. «Məndən 
sonra nəbi  yoxdur» cümləsi  mənaya  həml  edilmişdir.  O  məna  da  «nübuvvət»dir. 
Mənaya  həmletmə  qanunu  məşhur  bir  qanun  olub,  çox  istifadə  edilir.  Fəsih  və 
bəlağətli kəslərin şer və yazılarında bu qanun çox istifadə olunmuşdur». 
Hafiz: «Bir az daha diqqət etsəniz, «Məndən sonra nəbi yoxdur» cümləsinin 
xəbəri-cümlə  olduğunu  görəcəyinizi  güman  edirəm.  Onu  Harunun  mənzilətindən 
istisna  edə  bilməzsiniz.  Bundan  başqa  nə  üçün  sərhəddən  çıxıb,  mənaya  həml 
edirsiniz və nə üçün «nübuvvət» kələsini çıxardırsınız?». 
Dəvətçi:  «Münaqişəyə  yol  verirsiniz!  Sizin  kimi  şərif  bir  insanın  münaqişə 
yoluna  keçməsi,  doğrusu,  yaxşı  qəbul  edilmir.  Əgər  əvvəlki  cümlələrin  üzərində 
bir az düşünsəniz, xəbəri-cümlənin cavabının orada verildiyini görərsiniz.  
«Nə  üçün  mənaya  həml  etdiniz  və  nə  üçün  zahiri  kəlməylə  həqiqəti 
açıqlamadınız?» sözünüzə gəlincə, bunun cavabını siz daha yaxşı bilirsiniz, amma 
özünüzü  bilməməzliyə  vurursunuz.  Məgər  bəyan  elminin  alimlərin  cümləni 
gözəlləşdirmək üçün bəzi kəlmələr həzf etdiklərini (cümlədə istifadə etmədiklərini) 
bilmirsiniz?!  Qurani-kərimin  ayələrində,  fəsahət  və  bəlağətli  kəslərin  sözlərində 
bunun bir çox misalına rastaşmışıq.  
Bundan başqa, əgər hədislərdə «nübuvvət» kəlməsi olmasaydı, belə bir sualı 
verə  bilərdiniz.  Halbuki,  Peyğəmbəri-əkrəm  (s)  bu  məqamın  həzrət  Əlinin  (ə) 
olduğunu isbatlamaq üçün bir neçə dəfə «nübuvvət» kəlməsini açıq şəkildə istifadə 
etmiş,  onu  cümlədə  gətirmişdir.  Rəsulallah  (s)  bəzən  «nübuvvət»  kəlməsini 
gətirməyərək  (innəhu  la  nəbiyyə  bədi),  bəzən  də  onu  gətirərək  (illən  nübuvvətə) 
həqiqəti isbat etmişdir. Bu da cümləyə ayrı bir gözəllik gətirir.  
Əhli-sünnətin  böyük  alimləri  nübuvvət  kəlməsinin  həm  olduğu,  həm  də 
olmadığı  bir  çox  hədis  nəql  etmişlər.  Onların  bəzilərini  zikr  edirəm  ki,  höccəti 
tamamlayam: 
Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayəut-Talibin»in 70-ci babında, Şeyx 
Süleyman  Bəlxi  Hənəfi  «Yənabiul-məvəddət»in  VI  babında,  İbn  Əsir  «Tarix» 
kitabında, Aişə binti Səddən, o atasından, o da Rəsulallahdan (s), Səbt ibn Covzi 


 
207 
«Təzkirə»nin  12-ci  səhifəsində  «Müsnədi  imam  Əhməd»  kitabından  Müslim  və 
daha  başqalarından.  İmam  Əhməd  ibn  Hənbəl  «Mənaqib»də,  Əbu  Əbdürrəhman 
Əhməd  ibn  Şuəyb  Nəsai  («Səhihi-Sittə»nin  müəlliflərindən  biri)  «Xəsaisul-
Ələviyyə»də  dörd  hədisi  öz  sənədiylə  əsaslandıraraq  Səd  ibn  Əbi  Vəqqasdan  və 
Aişədən, o da babasından, Xətib Xarəzmi «Mənaqib» kitabında Cabir ibn Əbdullah 
Ənsaridən belə nəql edirlər: «Rəsulallah (s) həzrət Əliyə buyurdu: 
«Görəsən,  mənə  nisbətdə,  nübuvvətdən  xaric,  Harunun  Musaya  olan 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin