Китабын ады


İNZAR GÜNÜ PEYĞƏMBƏRİN (Ə) «HƏDİSSÜD-DAR HƏDİSİ»



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə232/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   228   229   230   231   232   233   234   235   ...   314
2 5290018709182616340

İNZAR GÜNÜ PEYĞƏMBƏRİN (Ə) «HƏDİSSÜD-DAR HƏDİSİ» 
İLƏ HƏZRƏT ƏLİNİ (Ə) XİLAFƏTƏ TƏYİN ETMƏSİ 
 
Hədislərin  arasında  ən  əhəmiyyətlisi  «Əd-Dar»  hədisidir.  Çünki  Xatəmul-
ənbiya (s) peyğəmbərliyini açıqladığı ilk gün imam Əlinin (ə) xəlifəliyini də aşkar 
elan etdi.  
İmam  Əhməd  ibn  Hənbəl  (Hənbəlilərin  imamı)  «Müsnəd»in  I  cildinin  111, 
159  və  333-cü  səhifələrində,  imam  Sələbi  də  «Təfsir»ində  «İnzar  ayəsi»nin 
açıqlamasında,  Sədrul-Əimmə  Müvəffəq  ibn  Əhməd  Xarəzmi  «Mənaqib»də, 
Məhəmməd  ibn  Cərir  Təbəri  «İnzar  ayəsi»nin  təfsirində  və  «Tarixul-üməm  vəl 
Məmlük»un  II  cildinin  217-ci  səhifəsində  müxtəlif  yollarla,  İbn  Əbil  Hədid 
Mötəzili  «Şərhu  Nəhcül-bəlağə»nin  III  cildinin  263-cü  və  281-ci  səhifələrində, 
Əbu  Cəfər  İsqafi  «nəqzul-Osmaniyyə»dən  nəql  edərək,  İbn  Əsir  «Kamil»  in  II 
cildinin  22-ci  səhifəsində  (mürsəl  olaraq),  Hafiz  Əbu  Nəim  «Hilyətul-Övliya»da, 
Həmidi  «Cəmun-Beynəs-Səhiheyn»də,  Beyhəqi  «Sünənun  və  Dəlailun»da, 
Əbulfida  «Tarix»in  I  cildinin  116-cı  səhifəsində,  hələbi  «Sirətul-Hələbiyyə»nin  I 
cildinin 381-ci səhifəsində, imam Əbu Əbdürrəhan  Nəsai «Xəsaisul-Ələviyyə»nin 
6-cı səhifəsinin 65-ci hədisində, Hakim Əbu Əbdullah «Müstədrək»in 3-cü cildinin 
132-ci  səhifəsində,  Şeyx  Süleyman  Bəlxi  Hənəfi  «Yənəbiul-Məvəddə»nin  31-ci 
babında  Müsnədi  Əhməd  və  «Təfsiri-Sələbi»dən  nəql  edərək,  Məhəmməd  ibn 


 
213 
Yusif Gənci Şafei «Kifayət-Talib» kitabının 51-ci babında və digər bir çox böyük 
alimləriniz az bir fərqliliklə belə nəql edirlər: «Şüəra» surəsinin 214-cü ayəsi, yəni 
«Və ən yaxınlarını qorxut» ayəsi nazil olduqda, Rəsuli-əkrəm (s) Qureyşdən olan 
qohumlarından  40  nəfəri,  hörmətli  əmisi  Əbu  Talibin  (ə)  evinə  dəvət  etdi.  Onlar 
üçün qoyun ətindən bir budu və bir qədər çörəklə bir sa
1
 süd hazırlamışdı. Onlar bu 
vəziyyətə gülərək, «Məhəmməd bir nəfərlik yemək belə hazırlamamışdır» dedilər 
(Çünki onların içində elələri var idi ki, təkbaşına bir dəvə balasını yeyirdi.) 
Rəsuli-əkrəm  (s):  «Yeyin,  Allahın  adı  ilə»  buyurdu.  Onlar  yedikdən  və 
doyduqdan  sonra  bir-birinə,  «Məhəmməd-Rəsulallah  (s)  ayağa  qalxıb,  onlara  bir 
xütbə oxudu. Sözü uzatmamaq üçün Peyğəmbərin dediklərindən sadəcə iddiamıza 
dəlil olan giriş hissəsini bildirəcəyəm. Rəsulallah (s) belə buyurdu: 
«Ey  Əbdülmütəllib  oğulları!  Allah-təala  mənim  bütün  insanlara  və 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin