Китабын ады


məxsusən  sizlərə  peyğəmbər  olaraq  göndərdi.  Mən  də  sizi  bu  iki



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə233/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   229   230   231   232   233   234   235   236   ...   314
2 5290018709182616340

məxsusən  sizlərə  peyğəmbər  olaraq  göndərdi.  Mən  də  sizi  bu  iki 
kəlməni(cümləni)  söyləməyə  dəvət  edirəm.  Belə  ki,  bu  iki  kəlmə  dildə  rahat  və 
asan, ölçüdə ağır və dəyərlidir. Siz bu iki kəlməni söyləməklə ərəbə, əcəmə (ərəb 
olmayanlara)  malik  olacaqsınız.  Onlar  əmrinizdə  olacaqlar.  Bu  iki  kəlməylə 
Cənnətə girəcək və Cəhənnəmdən qurtulacaqsınız. O iki kəlmə Allahın birliyinə 
və  mənim  peyğəmbərliyimə  şəhadət  vermənizdir.  Kim  (ilk  şəxs  olaraq)  bu 
dəvətimi qəbul edər və mənə yardımçı olarsa, o mənim qardaşım, məndən sonra 
vəzirim, varisim və xəlifəm olacaqdır». 
Rəsulallah (s) bu son cümləni üç dəfə təkrarladı. Hər üçündə də həzrət Əlidən 
başqa heç kim cavab vermədi. Həzrət Əli (ə) hər dəfə, «Ey Allahın peyğəmbəri! 
Mən sənin yardımçın və yavərinəm» - deyə cavab verdi. Bundan sonra Peyğəmbər 
(s) onu xəlifəliklə müjdələdi və ağzının mübarək suyunu onun ağzına sürtərək belə 
buyurdu: 
«Bu (Əli), mənim qardaşım, vəsim və aranızdakı xəlifəmdir». 
Bəzi  kitablarda  Rəsulallarhın  (c)  həzrət  Əliyə  (ə)  xitab  edərək  belə 
buyurduğunu nəql edirlər: 
«Sən – ey Əli! Mənim vəsim və məndən sonra xəlifəmsən». 
                                                 
1
 3 kq tutumu olan ölçü qabı. 


 
214 
Şiə  və  sünni  İslam  alimlərinin,  eləcə  də  İslam  tarixi  yazan  başqa  millətlərin 
tarixçiləri  də,  məzhəbi  (yəni  nə  sünni,  nə  də  şiə)  təəssübləri  olmadığından,  bu 
hadisəni birmənalı şəkildə nəql etmişlər. Onlardan biri XVIII əsrin məşhur ingilis 
filosof və tarixçisi Tomas Karlildir. O, misirlilərin ərəb dilinə tərcümə etdiyi «Əl-
ibtal və ibadətul-Mubtilə» adlı məşhur kitabında sözügedən mövzu haqqında belə 
yazır: 
«Peyğəmbərin xütbəsindən sonra Əli ayağa qalxaraq, ona ima gətirdi. Beləcə, 
böyük xəlifəlik məqamı ona nəsib oldu». 
Fransız professoru Cənab Misyo Pul Lehojor 1884-cü ildə Parisdə nəşr olunan 
«Xatəmul-nəbiyyinin həyatı» adlı kiçik həcmli kitabında ingilis Cocis Sal və şamlı 
Haşim  Nəsrani  1891-ci  ildə  nəşr  edilən  «Məqalətul-İslam»ın  83  və  86-cı 
səhifələrində  (İslama  və  müsəlmanlara  qarşı  müxalif  olmalarına  baxmayaraq), 
xüsusilə  Mister  Can  Deyvun  Port  (ki,  dəyərli  müəllif  və  insaflı  bir  insan  idi) 
dəyərli əsəri «Məhəmməd və Quran» adlı kitabının 20-ci səhifəsində bu mövzuyla 
əlaqəli, aydın bir nəzər və təmiz bir qəlblə belə yazır: 
«Peyğəmbər  hələ  peyğəmbərliyinin  əvvəlində  Əlini  özünə  qardaş,  vəzir  və 
xəlifə seçmişdi». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin