Şeyx: «Xilafət mövzusunda nəql etdiyiniz hədislərdən əlavə Əbu Bəkrin
xilafəti haqqında sizin qafil olduğunuz çox sayda hədislər vardır».
Dəvətçi: «Zəhəbi, Siyuti və İbn Əbil-Zədid kimi böyük alimlərinizin özləri
demişlər ki, Əməvi və Bəkrilər Əbu Bəkrin fəzilətləri haqqında bir çox hədislər
uydurmuşlar. Bunu nəzərə alaraq, o çox dediyiniz hədislərdən birini misal olaraq
söyləyin, insaflı və təəssübsüz hakimlər hökm versinlər».
ƏBU BƏKRİN FƏZİLƏTİ HAQQINDA HƏDİSİN NƏQL EDİLMƏSİ VƏ ONUN SAXTA OLDUĞUNA DAİR TUTARLI CAVAB
Şeyx: «Ömər ibn İbrahim ibn Xalid və İsa ibn Əli ibn Əbdullah ibn
Abbasdan, o da atasından, o da babası Abbasdan bu mötəbər hədisi nəql edirlər:
«Rəsulallah (s) o böyük şəxsə (Abbasa) belə buyurdu:
«Ey əmi!, həqiqətən, Allah-təala Əbu Bəkri dininə xəlifəm etdi. Belə isə onu