Dəvətçi: «Əbu Hüreyrənin rədd edildiyinə dair günəşdən daha aydın dəlillər
vardır. Bunu böyük alimləriniz də təsdiq etmişlər ki, onun mərdud olduğuna dair
dəlillərdən biri, Rəsulallahın (s) diliylə lənətlənmiş Müaviyə ibn Əbu Süfyanın,
münafiqlərin və iki üzlülərin yanında yer almasıdır. Çünki Süffeyndə namazlarını
Əmirəl-möminin həzrət Əlinin (ə) arxasında qıldığı halda, Müaviyənin yağlı
süfrəsinin başından da əksik olmurdu. Zəməxşəri «Rəbiul-Əbrar», İbn Əbil Hədid
«Şərhi Nəhcül-bəlağə» kitabında və digərləri belə nəql edirlər: «Ondan bu iki fərqli
hərəkətinin səbəbi soruşulduğu zaman deyirdi: «Müaviyənin muzəyrəsi