29
gəlirdi. Sizin səhih və mötəbər kitablarınızda nəql olunan hədislərdə, namazın həm
səfər və həmdə vətəndə cəm halda qılmağın caiz olması mövcuddur».
Hafiz: «Səhihi-Buxari» kitabında belə bir bab və bu cür rəvayət yoxdur!».
Dəvətçi: «Birincisi, Müslim, Nəsai və Əhməd ibn Hənbəl kimi səhih
bildiyiniz kitab sahiblərinin «Səhihi-Müslim» və «Səhihi-Buxari»yə şərh verənlər
və digər böyük alimlərinizin nəql etdikləri hədəf və məqsədimiz üçün yetərlidir.
İkincisi, Buxari də digərlərinin nəql etdiyi rəvayətlərin eynisini öz «Səhih»ində
zikr etmişdir. Lakin tam bir mənada öz yeri olan «Əl-Cəmu beynəs-səlatəyn»
babını başqa bir yerdə nəql etmişdir. Əgər «Təxiruz-zöhr iləl-əsr min kitabi
məvaqitis-səlat» və «Zikrul-işa vəl-ətəmə» və «Vəqtul-əğrib» bablarını oxuyub
diqqət etsəniz, bu cəm hədislərinin hamısını görərsiniz.
Həmdə «Əl-Cəmu bəynəs-səlatəyn» babında izn və icazə ünvanıyla nəql
edilən hədislər əhli-sünnət alimlərinin aqidəsidir, öz «Səhih» kitablarında bu
hədislərin səhih olduğunu iqrar etmişlər. Bu səbəbdən Əllamə Nəvəvi «Səhihi-
Müslim»ün şərhində, Əsqəlani, Qəstəlani və Zəkəriyyə Ənsari «Səhihi-Buxari» və
Zərqani Malikin «Movta» kitabına yazdığı şərhdə, eləcə də sizin digər böyük
alimləriniz hədisləri, xüsusən İbn Abbasın hədisini nəql etdikdən sonra onun
səhihliyinə və ümmətin əziyyət və çətinliyə düşməməsi üçün bu hədislərin
namazın vətəndə cəm halda qılınmasına aydın bir dəlil olduğunu etiraf etmişlər».
Nəvvab: «Rəsulallahdan (s) namazın cəm halda qılınmasına dair bəzi
hədislərin yetişməsinə baxmayaraq, alimlərin onun hökmünə zidd əməl etmələri
necə mümkün ola bilər?».
Dəvətçi: «Rəsulallahdan (s) yetişən hədislərə zidd əməl etmək, sadəcə bu
mövzuya məxsus deyildir; daha sonra buna bənzər çox şeylərin mövcud olduğunu
anlayacaqsınız. Xüsusi ilə bu mövzuda əhli-sünnətin fəqihləri ya dar
düşüncələrindən, ya da bilmədiyim başqa bir səbəbdən o səhih hədisləri zahirən
zidd sayaraq, əsassız təvillərlə dəyərdən salmışlar. Məsələn belə deyirlər: «
Bu
Dostları ilə paylaş: