224
«Kənzul-ummal»ın VI cildinin 157-ci səhifəsində, Səid ibn Mənsur «Sünən»də,
Xətibi Bağdadi «Tarix»in 14-cü cildinin 321-ci səhifəsində, Hafiz ibn ərviyə
«mənaqib»də, Səmani «Fəzailus-Səhabə»də, imam Fəxri Razi «Təfsir»in I cildinin
111-ci səhifəsində, Əbulqasim Hüseyn ibn məhəmməd (Rağibi İsfahani)
«Muhaziratul-Üdəba» kitabının II cildinin 113-cü səhifəsində və s. alimləriniz Əbu
Hüreyrənin özündən və digərlərindən Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql
edirlər:
«
Əli haqq ilədir və haqq da Əliylə; Əli hardadırsa haqq da oradadır».
Bu hədis, Əbu Hüreyrənin (bütün bunları bildiyi halda) həzrət Əlini (ə)
buraxıb Müaviyənin ətrafında fırlanması, onun mərdud olduğunu göstərmirmi?!
Müaviyənn pis əməl və zalımlığını görüb susan və dünyəvi mənfəətləri üçün
qarnını doydurmaq və məqam sahibiliyinə görə o məlunun məclisində oturaraq ona
yardımçı olan mərdud deyildirmi?!
Hakim Nişapuri «Müstədrək»in III cildinin 124-cü səhifəsində, imam Əhməd
ibn Hənbəl «Müsnəd»də, Təbərani «Ovsət»də Şafei Fəqihi İbn Məğazəli
«Mənaqib»də, Müttəqi Hindi «Kənzul-Ummal»ın VI cildinin 153-cü səhifəsində,
Şeyxul-İslam Həmvinin «Fəraid»də, İbn Həcər Məkki «Səvaiq»in 74 və 75-ci
səhifələrində, Süleyman Bəlxi Hənəfi «Yənabiul-Məvəddət»də, Cəlalətdin Siyuti
«Tarixul-Xüləfa»nın 116-cı səhifəsində və imam Əbu Əbdürrəhman Nəsai
«Xəsaisul-Ələviyyə» kitabında və daha başqa böyük alimləriniz Əbu Hüreyrədən
Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər:
«
Əli Quranla və Quran da Əliylədir. Bunlar Hovuzun başında mənə
Dostları ilə paylaş: