Китабын ады


qovuşana  qədər,  əsla,  bir-birindən  ayrılmazlar.  Əli  məndəndir,  mən  də



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə251/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   247   248   249   250   251   252   253   254   ...   314
2 5290018709182616340

qovuşana  qədər,  əsla,  bir-birindən  ayrılmazlar.  Əli  məndəndir,  mən  də 
Əlidənəm. Kim onun haqqında pis söz söyləyərsə, şübhəsiz, mənə aid olur və kim 
mənim haqqımda demişsə, şübhəsiz, Allaha aid edilmişdir». 
Açıq-aşkar  minbərdə  və  cümə  namazlarında  həzrət  Əliyə  (ə),  Həsənə  (ə)  və 
Hüseynə (ə) lənət oxunmasını görərkən susan, bütün bunlara etiraz etməyib, əksinə 
Müaviyə  və  başına  yığışan  lənət  olunmuşlarla  oturub  duran  və  onların  etdiyinə 
sevinən bir şəxs mərdud deyil, bəs nədir?! 


 
225 
Ara-bir hədis uyduraraq onlara yardımçı olan, xalqı həzrət Əlinin (ə) əleyhinə 
qadıran və O həzrətə lənət deməyə təşviq edən bir şəxs mərdud deyilmi?!» 
Şeyx:  «Pak  səhabənin  hədis  uyduraraq,  xalqı  Əliyə  lənət  etməyə  və  pis  söz 
söyləməyə  təşviq  etməsi  iftiralarını  qəbul  etməyimiz  mümkündürmü?  Bu  növ 
iftiralar şiələrin iftiralarından deyilmi?». 
Dəvətçi: «Pak səhabələrin belə bir şeyi etmələri təbii ki, qəbul ediləsi deyil. 
Amma  əgər  səhabələrdən  biri  belə  bir  iş  tutmuşsa,  bu  qətiyyətlə  onun  pak 
olmadığını göstərir və o, münafiq, mərdud və məlundur.  
Allaha  və  Peyğəmbərə  (s)  səbəb  edən  (pis  söz  söyləyən)  əminliklə  mərdud, 
məlun  və  Cəhənnəmlikdir.  Şiə  alimlərinin  ittifaq  etdiyi,  böyük  alimlərinizin  də 
nəql etdiyi bir çox hədisdə Rəsuli-əkrəm (s) belə buyurur: 
«Kim Əliyə səbb edərsə, mənə və mənim Allahıma səbb etmişdir» 
«Belə iftiralar şiələrin uydurmalarıdır» sözünə gəlincə, yanılırsınız. Bəzi bəzi 
alimləriniz  kimi  təsəvvür  etməyin.  Çünki  sizin  elə  alimləriniz  var  ki,  hədəflərinə 
yetişmək  üçün  şiələrə  iftira  atır,  yalandan  bəzi  nisbətlər  uydurur,  həqiqətlərdən 
xəbəri olmayan insanları yoldan çıxarırlar. Qiyamətdən və Allahın məhkəməsindən 
də qorxmurlar». 
  Şeyx:  «Əgər  Rəsulallahın  (s)  uca  səhabələrini  hədis  uydurmaqda 
ittihamlandırırsınızsa,  xüsusi  olaraq  İslamın  iftixarları  olan  əhli-sünnət  vəl 
camaatın  alimlərin  ən  böyük  hünəri  böyükləri  pisləmək,  onlara  iftira  atmaq  və 
onları söyməkdir». 
Dəvətçi: «Bu növ sözləri bizə nisbət verməklə haqsızlıq edirsiniz. 1400 ildir 
şiə və sünnilərin yazdıqları tarix kitabları söylədiklərinizin əksinə şəhadət verir. 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin