226
Həqiqətlərdən xəbəri olmayanları aldatmaq, təfriqə salmaq və müsəlmanlar
arasında ixtilaf törətmək üçün, tanınmış alimləriniz mötəbər kitablarında məzlum
şiələrə yüzlərlə iftira atmış və ağ yalanlar uydurmuşlar. Şiələrə rafizi, kafir, müşrik
və azğın demiş və onları söyüb lənətləmişlər; rəhbərlərini də hər şeydən xəbərsiz
pak qəlbli sünni qardaşların gözündən salmış və nifrət etdirmişlər».
Şeyx: «Hansı sünni alimi kitabında şiələrə iftira atıb, onlar haqqında yalan
söyləmişdir? Bunu isbat edə bilmədiyiniz təqdirdə məhkum olunursunuz.
Alimlərimiz nə yazıb söyləmişlərsə, həqiqəti söyləmişlər. Şiələr fasid inanc və
əməllərini bir kənara qoysalar, bu cür işlər baş verməz».
Dostları ilə paylaş: