İBNİ TEYMİYYƏNİN İFTİRALARI
Alimləriniz arasında ən həyasızı, bəlkə də ən dinsizi Əhməd ibn Əbdülhəlim
Hənbəli, yəni İbn Teymiyyədir. (Ö.728 h.q.) Onun şiələrə, xüsusilə mövlamız
Əmirəl-möminin həzrət Əliyə (ə) və Rəsulalların (s) pak itrətinə (Əhli-beytinə)
qarşı böyük bir kin və düşmənçiliyi vardır. Onun «Minhacus-Sünnə» kitabını
oxuyan hər kəs təəccüb edir. Elə şiddətli bir düşmənçiliyi vardı ki, mövlamız
Əmirəl-möminin həzrət Əli (ə) və onun Əhli-beyti haqqındakı bütün açıq nəssləri
(ayə və hədisləri) və uca fəzilətləri inkar edir. Məzlum şiələrə elə yalan və iftiralar
atır ki, eşidənlərin ağlı çaşır. Əgər onların hamısını bir-bir desəm, məclis günlərlə
uzanar. Sözü uzatmamaq üçün bir neçə misalla kifayətlənəcəyəm. Beləcə, Cənab
Şeyx bilsin ki, yalan və iftira atmaq şiə alimlərinin deyil, bəzi sünni alimlərinin
xüsusiyyətlərindəndir. Təəccüblüsü budur ki, şiələr haqqında söylədiyi yalanlardan
sonra həqiqətlərdən xəbərləri olmayanları qandırmaq üçün I cildin 15-ci
səhifəsində deyir: «Qiblə əhlindən heç biri şiələr qədər yalan söyləmir. Bu
səbəbdən səhih kitabları yazanlar onlardan hədis nəql etməmişlər». X cildin 23-cü
səhifəsində deyir: «Şiələr üsuliddinin dörd bəndən ibarət olduğuna inanırlar:
tövhid, ədalət, nübuvvət, imamət».
Şiələrin kəlam kitabları hər kəsin əli çatan yerdədir. Keçən gecələrdə
söylədiyim kimi, şiələr üsuliddinin üç bəndən ibarət olduğuna inanırlar: tövhid,
nübuvvət və məad. Ədalət tövhidin, imamət də nübuvvətin bir hissəsidir.
I cildin 131-ci səhifəsində yazır: «Şiələr məscidlərə əhəmiyyət verməzlər.
Məscidləri tamam boşdur. Nə cümə namazını məsciddə qılarlar, nə də camaat
namazları vardır. Əgər bəzən namaz qılsalar da camaatla deyil, tək başına qılırlar».
(şiələrin qəh-qəhəylə gülmələri)
Şeyx, siz və burada olan və olmayan sünni qardaşlar şiələrin məscidlərinin
dolu olduğunu görmədimi?! Camaatla qılınan namazları görmədinizmi?! Şiələrin
mərkəzi olan İran və İraqda – hər şəhərdə camaat namazlarının qılınması üçün bir
çox böyük məscidləri yoxdurmu?! Hansı kəndə gedirsiniz gedin, orada bir
məscidin olduğunu görəcəksiniz. Mübarək ramazan ayından əlavə, hər gün sübh,
230
axşam namazlarını camaatla məscidlərdə qılarlar. (Nümunə üçün verilən şəkillərə
diqqət edin! Şəkil: 230-21-22)
Siz alimlər şiələrin fiqhi, istidlali kitablarına, alim olmayan sünni qardaşlar da
şəriət məsələləri kitablarına baxsanız görəcəksiniz ki, məscidə getmək və camaatla
namaz qılmaq haqqında nə qədər savab nəql edilmişdir. Məscidlərdə qılınan
namazın savabının, evdə qılınan namazın savabından qat-qat çox olduğu
yazılmışdır, bu səbəbdən şiələr imkanları olduğu qədər namazlarını məscidlərdə,
camaatla qılmağa çalışırlar. Bu yalançı və şərəfsiz şəxsin şiələr haqqında necə
yalanlar uydurduğunu bilməlisiniz.
Yenə eyn səhifədə deyir: «Şiələr digər müsəlmanlar kimi Həccə getməzlər.
Onların həcci qəbirləri ziyarət etməkdir. Qəbirlərin ziyarətinin savabını, Allahın
evini ziyarət etməyin savabından daha çox qəbul edirlər. Hətta qəbirlərin ziyarətinə
getməyənlərə lənət edirlər». (şiələrin gülüşməsi)
Əgər şiələrin ibadətlə əlaqəli risalə və kitablarını açıb oxusanız, «Kiatbul-hacc
və babul-hacc» adında bu ibadət üçün məxsus bölüm ayrıldığını görərsiniz.
Şiələrin həccdə ediləsi əməllər üçün hər fəqih (müctehid) «Mənasiqi-Həcc» adlı
kitab yazışdır; o kitablarda Məsum İmamlardan (ə) da Həcc mövzusunda hədislər
nəql edilmişdir. O hədislərin bəzisində belə deyilir: «Maddi imkanı olduğu halda
Allahın evini, Həcci tərk edən bir müsəlman (istər sünni olsun, istər şiə), İslamın
xəttindən çıxmışdır; öldüyü zaman ona deyiləcək ki, necə ölmək istəyərsən;
yəhudi, xristian, yoxsa məcusi kimi?»
Belə hökmlər qarşısında şiələrin Kəbəni ziyarət etməyi tərk etmələrini ağıl
qəbul edərmi? Gedib İmamların (ə) qəbirlərini ziyarət edən dağ başında yaşayan
cahil bir kəndçidən belə Həcc əməlinin harada yerinə yetirilməsinin vacib
olduğunu soruşsanız, «Məkkəyi-müəzzəmdə» cavabını alarsınız.
Amma Allahdan xəbəri olmayan bu şəxs şiənin iftixarlarından olan Şeyx
Müfid (r.ə) ləqəbiylə məşhur olan Şeyx Məhəmməd ibn Məhəmməd ibn Nöman
Mufidə iftira ataraq belə deyir: «Onun «Mənasiqi-həccil-Məşahid» (Qəbirlərin
ziyarətinin hökmü) adında bir kitabı vardır». Halbuki, Şeyx Mufidin «Mənasiquz-
ziyarət» adında hər kəsin əlində olan bir kitabı vardır. Bu kitabda məsum
231
İmamların (ə) müqəddəs məzarları ziyarət edildiyi zaman digər ziyarətlər kimi, bu
ziyarətə aid ədəb və qaydalar yazılmışdır. Kitabın əvvəlində yazır: «Müstəhəb
ibadətlərdən biri də, Peyğəmbəri-əkrəm (s) və məsum İmamların (ə) müqəddəs
qəbirlərini ziyarət etməkdir».
Allahdan xəbərsiz şəxsin yalanına ən böyük cavab, hər il minlərlə şiənin
Allahın evinə gedib, Həcc əməllərini yerinə yetirmələridir. Şiələr Həccdən
qayıtdıqdan sonra özlərinə «Hacı» deyilməsini iftixar bilirlər. İndi bu yalançı
şəxsin nə qədər yalan düzəltmələrinə bir baxın!
1-ci cildin 11-ci səhifəsində belə deyir: «Şiələr itlərinin adını Əbu Bəkr və
Ömər qoyaraq, ardıcıl şəkildə onlara lənət deyirlər (şiələrin gülüşməsi)
Şiələrə belə iftira atıb, onlar haqqında yalan söyləyən bu şəxsin inad, təəssüb
və dinsizliyinə, doğrusu, insan təəccüb edir.
Halbuki, onun dediyinin əksinə olaraq şiələrin əhkam və hədis kitablarının
hamısında itin nəcis olduğu və müsəlman şəxsi evində it olarsa, o evə Allahın
rəhmətinin nazil olmayacağı yazılmışdır. Şiə müsəlmanların bir neçə yerdən başqa
it saxlamağı qadağan edilmişdir. O bir neçə yerdə, bəzi məxsus şərtlərlə, bunlardır:
Ovçuluqda, ev və heyvan sürülərini qorumaq üçün, həzrət Peyğəmbəri-əkrəmin (s)
nəvəsi Seyyidüş-şühəda Əba Əbdillahil-Hüseynin (ə) Yezidə qarşı qiyamının
səbəblərindən biri də onun itlərlə oynaması və evində it saxlaması idi.
Şiə və ya sünni müsəlmanlardan biri söylənən yerlərdən başqa evində it
saxlarsa, biz onu dini xüsusda günahlandırar və ona etibarımız olmaz. Şiə inancına
görə, bir it bir evdə sərbəst dolaşarsa, o ev nəcis olar. Bütün bunlar göz önündə
olduğu halda, bir şiənin öz evində it saxlaması və bundan əlavə, Rəsulallahın (s)
möhtərəm səhabələrindən bəzilərinin adlarını onlara qoyması və ya onlara lənət
etməsi düşünülə bilməz! Yazıqlar olsun bu cür müsəlmanlara! İnad və təəssübdən
Allaha sığınırıq.
Siz cahil də olsa, bir şiədən belə bir iş görsəniz göstərin, biz onda bu şəxsin
söylədiklərinə təslim olarıq. Əgər göstərə bilməsəniz (əsla göstərə bilməzsiniz!)
onda lənət edin belə təəssübkeş inadkar insanlara ki, onlar alim adlandıqları halda
232
təsir altında olan, həqiqətlərdən xəbərsiz insanları aldadır və müsəlmanlar arasına
ixtilaf və düşmənçilik salırlar.
O, kitabının II cildində yazır: «Şiələr imam Zamanı (ə) gözlədikləri üçün
Samirra sərdabəsi kimi bir çox yerlərdə gündüzləri bir at, qatır və ya başqa bir
minik hazırlayıb «Miniyin hazırdır, hər kəs silahlı olaraq səni gözləyir. Artık
qiyam et» - deyə imamları səsləyirlər. Əsasən ramazan ayının son günlərində
qayıdıb, qiyam etməsi üçün onu çağırırlar. Elələri vardır ki, İmam (ə) gəldiyi
zaman birdən namazda ola bilər deyə, onu görməmək və xidmətində ola bilməmək
qorxusuna görə namazlarını tərk edirlər». (şiə və sünnilərin qəh-qəhəylə gülüşləri)
Çölün düzündə oturub söz uyduran bu adamın hədsiz-hesabsız və gülünc iftira
və yalanlarından daha çox günümüzün misirli, suriyalı və s. alimlərin sözləri
hamısından daha təəccüblüdür. Bu alimlər hər yerdə şiələrlə birgə həyat sürürlər.
Xüsusilə əhalisinin hamısını əhli-sünnət qardaşları təşkil edən Samirra şəhərində
yerin altındakı müqəddəsə sərdabın xidmətçilərinin belə hamısı sünnidirlər.
Araşdırmadan İbn Teymiyyə kimi şəxslərin yalan sözlərinə, uyaraq, bu cür xurafat
və uydurmaları öz kitablarında yazırlar
1
.
Bunlar, əhli-sünnət alimlərinin şiə camaatına etdikləri xəyanətlərdən bəzi
misallar idi. Əgər İbn Həcər Məkki, Cahiz və Qazı Ruzbəhan kimi şəxslərin
sözlərinin sadəcə siyahısını anlatmağa başlasam, gərək bir neçə gecə vaxtınızı
alam. Başqalarına rəhbərlik etmək istəyən belə alimlərin yalan və uydurma sözləri
ilə vaxtınızı zay etmək istəmirəm.
Dostları ilə paylaş: |