Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə257/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   253   254   255   256   257   258   259   260   ...   314
2 5290018709182616340

ƏBU HÜREYRƏNİN VƏZİYYƏTİ 
 
İbn  Əbil  Hədid  Mötəzili  «Şərhi  Nəhcül-öəlağə»  kitabının  I  cildinin  358-ci 
səhifəsində və 4-cü cildində öz usdad və şeyxi imam Əbu Cəfər İsqafidən belə nəql 
edir: «Müaviyə ibn Əbu Süfyan səhabə və tabeindən bir qrupu toplayıb, onlardan 
həzrət Əlini pisləyən hədislər uydurmalarını və bunları xalqın arasında yaymalarını 


 
234 
istədi.  Onlar  da  bu  işlə  məşğul  olmağa  başladılar.  Əbu  Hüreyrə,  Əmr  ibn  As  və 
Muğeyrə ibn Şöbə həzrət Əlini (ə) pisləyən, hədisləri uyduran kəslərdəndilər». 
Bu  hadisəni  359-cu  səhifəyə  qədər  geniş  şəkildə  bəyan  etdikdən  sonra,  eyni 
səhifədə  Əməşdən  belə  rəvayət  edir:  «Əbu  Hüreyrə  Müaviyə  ilə  bərabər  Kufə 
məscidinə  gəldi,  Camaatın  ona  böyük  bir  diqqət  göstərdiyini  gördükdə  ayağa 
qalxıb,  Cəhənnəm  atəşini  satın  alacağımı  güman  edirsiniz?  Peyğəmbərdən 
eşitdiyimi məndən eşidin: «Hər peyğəmbərin bir hərəmi vardır; mənim hərəmim də 
Mədinədir.  Kim  orada  bir  hadisə  törətsə  Allahın,  mələklərin  və  bütün  insanların 
lənəti olsun ona». 
Allahı şahid tuturam ki, Əli Mədinədə qanlı hadisə törətdi». 
O, bu sözüylə xalqı həzrət Əliyə lənət etməyə dəvət etdi». 
Müaviyə  bunu  (yəni  Əbu  Hüreyrənin  həzrət  Əlinin  (ə)  xilafət  mərkəzində 
cürət edib, ona belə bir xidmət göstərdiyini) eşitdikdən sonra ona çoxlu hədiyyələr 
verdi  və  Mədinənin  valisi  etdi.  Bunlar,  onun  mərdud  olduğuna  dəlil  deyilmi? 
Müaviyənin xoşuna gəlməsi üçün, Xüləfeyi-Raşidindən, hətta onların ən fəzilətlisi, 
ən  kamili  və  ən  şərəflisi  olan  biri  haqqında  belə  danışan  adam,  bir  neçə  gün 
Rəsulallahın (s) səhabəsi olduğuna görə tərifə layiqdir?» 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin