Китабын ады


hədislər ancaq təhlükə hiss olunduqda, yağış, sel və möhkəm külək kimi üzrlü



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə26/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   22   23   24   25   26   27   28   29   ...   314
2 5290018709182616340

hədislər ancaq təhlükə hiss olunduqda, yağış, sel və möhkəm külək kimi üzrlü 
vaxtlara aiddir». 


 
30 
Bax, sizin imam Malik, imam Şafei və Mədinə alimlərindən bir qrup şəxslər 
də, o təvilə əsasən fitva vermişlər. Halbuki, belə bir əqidəni və fitvanı İbn Abbasın 
«Heç bir qorxu və yağış olmadan» hədisini aydın şəkildə rədd edir.  
Bəziləri  də  belə  demişlər:  «Yəqin  hava  buludlu  imiş,  vaxtı  düzgün 
müəyyən  edə  bilməmişlər.  Zöhr  namazını  qıldıqdan  sonra  buludlar  çəkilib 
göy üzü açıldıqda, əsr vaxtının daxil olduğunu görmüş, ardınca əsr namazını 
qılmışlar.  Bu  səbəbdən  zöhr  və  əsr  namazı  cəm  halda,  ara  verilmədən 
qılınmışdır». 
Bu ibarədən daha zəif bir ibarə olduğunu güman etmirəm. Guya bu cür ibarə 
edənlər,  namaz  qılan  şəxsin  Rəsulallah  (s)  olduğunu  düşünməmişlər.  Buludun 
olub-olmaması  Rəsulallah  (s)  üçün  bir  maneə  ola  bilməz.  Çünki  o  Həzrətin  (s) 
elmi,  səbəblərə  bağlı  deyildir;  O  Həzrət  bütün  səbəb  və  nəticələri  əhatə  etmişdi. 
Belə  dar  düşüncəli  insanların  əllərində  heç  bir  dəlil  yoxdur!  Belə  bir  ibarənin 
batilliyi,  məğrib  və  işa  namazının  cəm  olmasında  sabitdir.  Çünki  məğrib  və  işa 
namazında buludun olub-olmamasının heç bir əsəri yoxdur; üstəlik belə bir ibarə 
hədislərin hazirinə də ziddir.  
Ərz  etdiyimiz  kimi,  İbn  Abbasın  xütbəsi  o  qədər  uzun  çəkdi  ki,  dinləyicilər 
uca  bir  səslə;  «Əs-səlat»  deyərək,  ulduzların  çıxdığını  və  namaz  vaxtının 
yetişdiyini xatırlatdılar. Amma bununla belə, İbn Abbas qəsdən məğrib namazını 
işa  namazının  vaxtına  saxlayıb,  hər  iki  namazı  bərabər  qıldı.  Əbu  Hureyrə  də 
Rəsulallahın  (s)  bu  cür  namaz  qıldığını  etiraf  etmişdir.  Əlbəttə,  bu  növ  ibarələr 
bizim  qarşımızda  qəbulolunmazdır.  Hətta  böyük  alimləriniz  də  bu  ibarələri  rədd 
etmiş  və  bunların,  hədislərin  zahirinə  zidd  olduğunu  bildirmişlər.  Bu  səbəbdən 
böyük alimlərinizdən Şeyxul-İslam Ənsari «Töhfətul-bari fi şərhi Səhihil-Buxari» 
kitabının  «Səlatuz-zöhr  məəl-əsri  vəl-məğribu  məəl-işa»  babında  və  2-ci  cildin 
292-ci  səhifəsində,  eyni  şəkildə  Əllamə  Qəstalani  «İrşadüssari  fi  şərhi  Səhihi-
Buxari» kitabının II cüzünün 293-cü səhifəsində «Səhihi-Buxari»ni şərh edən digər 
şəxslər  və  sizin  tədqiqatçı  alimlərinizdən  bir  çoxları  bu  növ  ibarələrin  hədislərin 


 
31 
zahirinə zidd olduğunu bildirmişlər. Namazın təfriq olaraq qılınmasının vacibliyinə 
bağlılıq «Tərcihun bila murəccih və təxsisun bila müxəssis»dir
1

Nəvvab:  «Bəs,  iki  qrup  müsəlman  qardaşın  bir-birinin  canına  düşməsinə, 
ədavət  gözüylə  bir-birlərinə  baxmasına  və  bir-birlərinin  əməllərini  pisləməsinə 
səbəb olan bu ixtilaflar necə meydana gəlmişdir?». 
Dəvətçi:  «Birincisi,  «Bu  iki  qrup  müsəlman  bir-birlərinə  ədavət  gözüylə 
baxır»  dediyiniz  sözə  gəlincə,  Əhli-beyt  (ə)  və  risalət  ailəsini,  şiə  camaatını 
müdafiə  etmək  məcburiyyətindəyəm.  Çünki  şiə  camaatı  qətiyyən  əhli-təsənnün 
qardaşların  alim  və  avamına  ədavət  və  həqarət  gözüylə  baxmır;  hətta  onları  öz 
qardaşlarımız  bilirik.  Amma  əhli-təsənnün  qardaşlar  əcnəbi,  xəvaric,  nasibi  və 
Əməvilərin  əleyhimizə  apardığı  təbliğatın  təsiri  altına  düşərək  qiblə,  kitab, 
nübuvvət,  bütün  vacib  və  müstəhəb  əhkama  əməl  etmək,  böyük  günah  və 
məsiyyətləri tərk etmək yönündə onlara ortaq olan şiə qardaşlarını rafizi, müşrük 
və kafir bilmiş, onları özlərindən ayırmış və ədavə gözüylə baxmışlar.  
İkincisi,  «Bu  ixtilaflar  nə  cür  meydana  gəlmişdir?»  –  deyə  buyurdunuz. 
Yanıqlı bir qəlblə ərz edim ki, bu ixtilafın təməlini qoyanın Allah canını alsın. İndi 
bu  növ  ixtilafların  haradan  qaynaqlandığını  ərz  edəcək  bir  vaxtımız  yoxdur. 
İnşallah,  sonrakı  gecələrdə  bəzi  münasibətlər,  daha  doğrusu  pərdələr  qalxacaq,  o 
zaman özünüz həqiqətin nə olduğunu anlayacaqsınız.  
Üçüncüsü,  namazın  cəm  və  təfriq  şəklində  qılınmasına  gəlincə,  əhli-sünnət 
fəqihləri mütləqə və caizliyə dəlalət edən məzkur hədislərin ümmətin rahatlığı və 
əziyyətə  düşməməsi  üçün  üzrlü  vaxtlara  aid  olduğunu  söyləmişlər.  Amma 
bilmirəm onlar nə üçün belə əsassız fikirlər irəli sürür və üzr olmadan namazların 
cəm qılınmasını caiz bilmirlər. Hətta Əbu Hənifə və ona tabe olanlar namazı cəm 
halda  qılmağı  istər  üzrlü,  istər  üzrsüz,  istər  vətəndə,  istərsə  də  səfərdə  olsun, 
qadağan etmişdir.  
                                                 
1
  «Tərcihun  bila  murəccih»,  iki  tərəfi  bərabər  olan  bir  şeyin  bir  tərəfinə  dəlil  olaraq,  digərinə  üstünlük  verməsinə 
deyilir. «Təxsisun bila müxəssis»də, dəlilsiz olaraq külli və xüsusi olan bir hökmü məlum vəziyyətə və ya bir fərdə 
məxsus etəyə deyilir.  


 
32 
Lakin Şafei, Maliki və Həmbəlilər bütün üsul və füruda ixtilafları olmalarıyla 
bərabər, Həcc və Ümrə kimi mübah olan səfər və döyüşlərdə namazın cəm olaraq 
qılınmasına izn vermişlər.  
Lakin  şiə  alimləri  Rəsulallahın  (s)  göstərişiylə,  haqq  və  batili  bir-birindən 
ayıran  və  Qiyamət  gününə  qədər  Qurandan  ayrılmayan  Həzrət  Peyğəmbərin  (s) 
bütün  günahlardan  uzaq  olan  Əhli-beytinə  (ə)  tabe  olaraq,  namazın  istər  səfərdə, 
istər  vətəndə,  istər  üzrlü,  istərsə  də  üzrsüz  olsun,  cəm  halda  qılınmasının  caiz 
olduğu hökmünü vermişlər.  
Cəm halda namaz qılmaq, namaz qılanın ixtiyarındadır; yəni namaz qılan bir 
şəxs zöhrlə əsr və məğriblə işa namazını, rahatlıq üçün cəm halda, bir vaxtda və ya 
təfriq  halda,  fəzilət  vaxtlarında  qılmaqda  ixtiyar  sahibidir.  Əlbəttə,  təfriq  halda, 
ayrı  olaraq  və  fəzilət  vaxtlarında  qılınması  cəm  halından  daha  fəzilətlidir.  Bu 
məsələ  şiə  alimlərinin  fiqh  kitablarında  kamil  bir  şəkildə  zikr  edilmişdir.  Lakin 
ümumilikdə  xalqın  işinin  çoxluğu  və  sıxıntıları  nəzərə  alınaraq,  müqəddəs  İslam 
şəriətinin  Hədəfi  də  xalqı  əziyyət  və  məşəqqətə  salmamaq  olduğundan,  şiələr 
namazlarını cəm qılırlar.  
Bizə  qəzəb  və  kinlə  baxan  digər  əhli-sünnət  qardaşların  ağıllarına  gələn 
şübhəli  sualların  aydınlıq  tapması  üçün  dediyim  bu  cavabların  yetərli  olacağını 
hesab edirəm. Qarşıda daha əhəmiyyətli mövzular haqqında bəhs ediləcəyinə görə, 
əvvəldəki  müzakirəmizə  qayıtmaq  yaxşı  olardı.  Çünki  əsl  əhəmiyyətli  məsələlər 
həll olduqda, cüzi məsələlər də öz həllini tapacaqdır». 
Hafiz:  «Birinci  gecədən  qardaşımızın  nə  dərəcədə  yüksək  məlumatlı 
olduğunu,  aramızda  onunla  müqayisə  edəcək  bir  kəsin  olmadığını  və 
kitablarımızdan  kamil  şəkildə  xəbərdar  olduğunu  anladıq.  Bu  səbəbdən,  çox  şad 
olduq. Buyurduğunuz kimi, bəhs edilən mövzunu davam etdirməniz yaxşı olardı.  
İcazənizlə bunu demək istərdim ki, siz fəsih və bəlağətli bir bəyanla Hicazi və 
Haşimilərin belə pak bir nəslə sahib olduqlarını sabit etdiniz. Necə oldu ki, Məcusi 
(atəşpərəst)  mərkəzi  olan  İrana  gedərək  orada  məskunlaşdınız?  Bu  hicrətin  səbəb 
və tarixindən bəyan etsəydiniz, çox şad olardıq». 
 


 
33 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin