Китабын ады


söyləyən dəvslu Əbu Hüreyrədir



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə263/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   259   260   261   262   263   264   265   266   ...   314
2 5290018709182616340

söyləyən dəvslu Əbu Hüreyrədir». 
İbn Qütəybə «Təvilul-müxtəlifil-hədis»də, Hakim «Müstədrək»in III cildində, 
Zəhəbi ««Təlhisul-müstədrək»də və Müslim «Səhihi-Müslim» kitabının II cildinin 
«Fəzailu  Əbu  Hüreyrə»  bölüündə  deyirlər:  Hüreyrə  çox  yalan  söyləyir.  O, 
Rəsulallahın adına bir çox yalan hədis uydurmuşdur». 
Sözü çox uzatmaq istəmirəm. Əbu Hüreyrəni yalnız biz rədd etmərik. Xəlifə 
Ömər,  ağamız  Əmirəl-möminin,  Ümmul-möminin  Aişə,  səhabə  və  tabein  də onu 
rədd  etmişdir.  Mötəzilənin  şeyx  və  alimləri  və  hənəfilərin  ümumisi  Əbu 
Hüreyrənin  hədislərini  qəbul  etmir,  batil  bilərlər.  Nəvəvi  «Səhihi-Müslim»  geniş 
şəkildə açıqlayır. Camaatınızın böyük rəhbəri imam Əzəm Əbu Hənifə belə deyir: 
«Rəsulallahın səhabələri ümumilikdə etibarlı və adil idilər. Ən onların hamısından 
sənədi  kimə  çatırsa-çatsın,  hədis  qəbul  edirəm.  Amma  sənədləri  Əbu  Hüreyrəyə, 
Ənəs ibn Maliyə və Səmurət ibn Cundəbə çatan hədisləri qəbul etmirəm». 
Elə isə Əbu Hüreyrəni tənqid etdiyimiz üçün bizə etiraz etməyin. Biz o Əbu 
Hüreyrəni tənqid edirik ki, II xəlifə, Ömər onu şallağlamış, Beytul-mal oğrusu və 
yalançı olduğunu elan etmişdi.  
Biz o Əbu Hüreyrəni tənqid edirik ki, Ümmül-möminin Aişə, ima Əzəm Əbu 
Hənifə,  səhabənin  böyükləri,  tabein  və  mötəzilənin  şeyx  və  alimləri  onu  tənqid 
edərək, rədd etmişlər.  
Xülasə,  biz  o  Əbu  Hüreyrəni  tənqid  edirik  ki,  quranın  bərabəri  olan 
müvəhhidlərin  ağası  Əmirəl-möminin  həzrət  Əli  (ə)  və  Rəsulallahın  (s)  Əhli-
beytindən (ə) olan məsum İmamlar (ə) onu mərdud və yalançı bilmişlər.  
                                                 
1
 Əbk Hüreyrənin Yəməndəki qəbiləsidir.  
2
 Dağlarda yaşayan bir cür meymundur. 


 
239 
Biz o Əbu Hüreyrəni tənqid edirik  ki, qarınqulu idi. Əmirəl-möminin həzrət 
Əlinin  (ə)  ən  fəzilətli  olduğunu  bilməsinə  baxmayaraq,  Onu  buraxıb,  məlun 
Müaviyənin  yağlı  süfrəsini  seçdi.  S  axta  hədislər  Uyduraraq,  sizin  də  Xuləfeyi-
raşidindən  biri  kimi  qəbul  etdiyiniz  müttəqilərin  imamı  və  müsəlmanların 
xəlifəsinə  –  həzrət  Əliyə  (ə)  səbb  və  lənət  oxunması  üçün  Müaviyəyə  yardımçı 
oldu.  
Bu qədər yetər; bundan çox məclisin vaxtını almaq istəmirəm. Mövzunu bir 
az  çox  uzatdığım  üçün  də  üzr  istəyirəm.  «Haqsızlıq  edirsiniz»  dediyiniz  üçün 
yalnız  biz  deyil,  xəlifələr,  səhabələr  və  böyük  alimlərinizin  də  onu  rədd  etdiyini 
isbat  etmək  istədim.  Dünya  malı  və  məqamına  yetişmək  üçün  Rəsulallahın  (s) 
adına saxta hədis  uyduran və onları  səhih  hədislərlə  qarışdıran  belə saxtakarların 
hədisinə etibar edilməz! Bu səbəbdən Rəsulallah (s) belə buyurmuşdur: 
«Məndən  sizə  bir  hədis  nəql  edildikdə,  onu  Allahın  kitabı  ilə  müqayisə 
edin». 
Əhəmiyyətli bir mövzu olduğu üçün, ağaların işa namazının vaxtından bir az 
keçmişdi. Söhbət bura yetişdikdə, onlar durub namaz qıldılar. Bir az söhbət edib, 
çay içdikdən sonra məclis yenidən rəsmiləşdi.  
Dəvətçi:  «İndiyə  qədər  söylədiklərimizi  nəzərə  alaraq  siz  və  biz  Rəsuli-
əkrəmdən (s) nəql edilən hər hədisi Quranla müqayisə etmək məcburiyyətindəyik. 
Qurana uyğundursa qəbul olunmalı, əks təqdirdə rədd edilməlidir.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin