hədislər mövzu və saxta hədislərdəndir. Çünki bunları nəql edənlərin içərisində yalançı və hədis uyduran kəslər vardır. Beləcə bu hədislərin, hə əqlən, həm də Quran ayələrinə görə batilliyi aydındır».
Şeyx: «Yaxşı, bəs Rəsulallahın (s) buyurduğu bu hədisə nə deyirsiniz:
«Əbu Bəkr və Ömər Cənnət qocalarının ağalarıdır».
Dəvətçi: «Bu hədis haqqında da bir az düşünməli olsaq, dirayə və rical
alimlərinizin bu hədisi uydurma olduğunu bildikləri, Rəsulallahın (s) belə bir söz
buyurmasının imkansız olduğunu məhz hədisin özündən anlaşılır. Çünki hər kəs
qoca bir insanın Cənnətdə olmayacağını bilir. Cənnətdə, dünyada olduğu kimi
insanın cismani həyat mərhələsi olmadığına görə insanın səadət kamalına yetişə
bilməsi üçün gənclikdən yaşlılığa doğru irələmə mövcud olmayacaqdır.
Dediklərimi əsaslandıran bir çox hədis vardır. Bunlar sizin və bizim hədis
kitablarımızda mövcuddur. Məsələn, bir gün Əşcəi qəbiləsindən olan yaşlı bir
qadın Rəsulallahın (s) hüzuruna gəldikdə, Peyğəmbər (s) söhbət əsnasında ona belə
buyurdu: «Yaşlılar Cənnətə girməyəcəkdir». O qadın kədərlənərək; «Ya
Rəsulallah! Onda mən Cənnətə girəməyəcəyəm» deyib, həzrətin hüzurundan
ayrıldı. Rəsulallah (s) da onun arxasınca bu xəbəri göndərdi: «Ona söyləyin ki, o