243
Yenə sizin və bizim hədis kitablarımızda Rəsulallahın (s) belə
buyurduğu nəql
edilmişdir:
«
Cənnət əhli üzündə tük bitməmiş, qıvrım saçlı, ağ bədəndə və gözlərinə
sürmə çəkilmiş bir halda 33 yaşlarında Cənnətə daxil olarlar».
Şeyx: «Sözləriniz öz yerində doğrudur, amma bu hədis Cənnət əhli üçün
müxəssisdir (təxsisedicidir)».
Dəvətçi: «Sözünüzü yaxşı anlaya bilmədim. Bu hədis nəyin müxəssisidir?!
Yəni Allah sırf Əbu Bəkr və Ömər yaşlıların ağası olsunlar deyəmi bir qrup
insanları yaşlı olaraq Cənnətə gətirəcəkdir?! Əgər Əbu Bəkr və Ömər Cənnətə
düşməli olsalar, Allah-təala onları da gənc olaraq Cənnətə daxil edə bilər. Yoxsa
sadəcə onlar ağa olsunlar deyə Allah bir qrup insanları yaşlı olaraq Cənnətə
gətirməz!
Üstəlik, alimləriniz bu hədisi uydurma hədislərdən saymışlar. Rəsulallahın (s)
bizim işimizi asanlaşdırmaq üçün təməl bir qanun qoyduğunu da bilirsiniz:
«
Qurana uyğun olmayan bir hədisin qəbul edilmədiyi qanunudur». Bizim rical
və dirayə alimlərimiz də ya Rəsulallahdan (s), ya da məsum imalardan (ə) nəql
olunan saxta hədisi O həzrətin (s) əmrinə – «
Hər vaxt məndən rəvayət nəql
etsələr, onu Quranla uzlaşdırın. Əgər uyğun gələrsə qəbul, əks təqdirdə isə rədd
edin» əsasən rədd edib, qəbul etməmişlər.
Bir az əvvəl böyük alimlərinizdən bir çoxunun uydurma hədislər haqqında bir
çox kitablar yazdıqlarını ərz etdim. Şeyx Məcduddin Məhəmməd ibn Yəqubi
Fiyruz Abadi «Səfərus-səadat»ın 142-ci səhifəsində, Cəlaləddin Siyuti «çəl-
LDəali»da, İbn Covzi «Mövzuat»da, Müqəddəsi «Təzkirətul-mövzuat»da, və Şeyx
Məhəmməd ibn Dərviş (Huti Beyruti) «Əsnəl-Mətalib» kitabının 123-cü
səhifəsində belə yazır: «Əbu Bəkr və Ömər Cənnət yaşlılarının ağalarıdır»
hədisinin ravilərindən biri Yəhya ibn Ənbəsədir». Zəhəbi deyir: «Yəhya zəif
ravilərdəndir». İbn Cani Dəccal deyir: «O özündən hədis uydurmuşdur».
Demək, bizimlə bərabər, sizin tədqiqatçı alimləriniz də bu hədisi qəbul
etmirlər. Həqiqətən də, böyük bir ehtimala görə Bəkriyyun, ya da bəni-Üməyyə,
Rəsulallahın (s) Əhli-beytini (ə) zəif etmək üçün həm sünnilərin, həm də şiələrin
244
qəbul etdiyi Əhli-beytin əzəmət və fəzilətini isbat edən hər cəhih hədisin qarşısında
başqa bir hədis uydurmuşlar. Əbu Hüreyrə kimiləri də fasid bəni-Üməyyə
xəlifələrinə yaltaqlıq etmək üçün bu işə daima əl-ayaq olmuşlar. Çünki onların Ali-
Məhəmmədə (ə) qarşı böyük bir kin və nifrətləri var idi və bütün şiə alimlərindən
əlavə, sizin böyük alimləriniz də bu hədisin saxta olmasını nəql etmişlər.»
Nəvvab: «Şiə və sünnilərin Əhli-beytin fəzilətinə aid qəbul etdikləri hansı
səhih və sabit hədis qarşısında başqa bir hədis uydurmuşlar?».
Dostları ilə paylaş: