«HƏSƏN VƏ HÜSEYN (Ə) CƏNNƏT CAVANLARININ AĞALARIDIRLAR» HƏDİSİ
Dəvətçi: «O səhih hədislərdən biri Rəsulallahın (s) buyurduğu «Həsən və Hüseyn Cənnət gənclərinin ağalarıdılar, ataları isə onlardan daha üstündür»
hədisidir. Bu hədisi Xətib Xərəzm «Mənaqib»də, Mir Seyid Əli Həmədani
«Məvəddətul-qurba»nın 8-ci Məvəddəsində, imam Əbu Əbdürrəhman Nəsai
«Xasaisi-Ələviyyə»də, İbn Sabbağ Malik «Fisulul-mühimmə»nin 159-cu
səhifəsində, Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»nin 54-cü babında
Tirmizi, İbn Maccə və Əhməd ibn Hənbəldən, Səbt ibn Covzi «Təzkirə»nin 133-cü
səhifəsində, imam Əhməd ibn Hənbəl «Müsnəd»də, Tirmizi «Sünən»də və
Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayəut-Talib»in 97-ci babında bu hədisi nəql
etdikdən sonra belə deyir: «Hədis elminin imamı Əbulqasim Tabərani «Mucəmul-
kəbir» kitabında imam Həsənin həyatını araşdırarkən bu şərafətli hədisi nəql edən
səhabələrin çoxlarının adlarını yazmışdır. Məsələn: «Əmirəl-möminin Əli ibn Əbu
Talib, II xəlifə Ömər ibn Xəttab, Hüzeyfə Yəməni, Əbu Səid Xidri, Cabir ibn
Əbdullah Ənsari, Əbu Hüreyrə, Usamə ibn Zeyd və Əbdullah ibn Ömər».
Məhəməd ibn Yusif Gənci Şafei daha sonra belə deyir: «Rəsulallahın (s)
buyurduğu; «Həsən və Hüseyn Cənnət gənclərinin ağalarıdırlar, ataları isə