HƏZRƏT FATİMƏ (S) ALƏMDƏKİ QADINLARIN ƏN ÜSTÜNÜDÜR
Hafiz Əbu Bəkr Bəyhəqi yazdığı «Tarix» kitabında, Hafiz ibn Əbdülbirr
«İstiab»da, Mirseyid Əli Həmədani «Məvəddətul-qurba»da və s. alimlər
Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər:
«Fatimə ümmətimin qadınlarının ən üstünüdür» Əhməd ibn Hənbəl
«Müsnəd» və Hafiz Əbu Bəkr Şirazi də «Nüzulul-Quran fi Əli» kitabında
Məhəmməd Hənəfiyyədən, o da Əmirəl-möminin həzrət Əlidən (ə), İbn Əbdülbirr
«İstiab»da, həzrət Fatimən (ə.s) və Ymmül-möminin həzrət Xəticənin (ə.s) həyatını
Əbdülvaris ibn Süfyan və Əbu Hüreyrədən, yenə Ümmül-möminin həzrət
Xəticənin (ə.s) həyatı haqqında Əbu Davuddan, o da Əbu Hüreyrə və Ənəs ibn
Malikdən, şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»nin 55-ci babında,
Mirseyid Əli Həmədani «Məvəddətul-qurba»nın 13-cü Məvəddəsində və digər bir
247
çox etibarlı alimləriniz Ənəs ibn Malikdən Rəsulallahın (s) belə buyurduğunu nəql
edirlər:
«Aləmdəki qadınların ən üstünü dörd nəfərdir: İmran qızı Məryəm,