Китабын ады


Ey Rəsulallahın Əhli-beyti! Sizin sevginizi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə280/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   276   277   278   279   280   281   282   283   ...   314
2 5290018709182616340

Ey Rəsulallahın Əhli-beyti! Sizin sevginizi,  
Allah tərəfindən nazir etdiyi Quranda vacib etmişdir.  
Sizin şəninizin ucalığına bu yetər ki,  
Sizə salavat göndərməyənin namazı qəbul olmaz.  
 
İndi  insafla  söyləyin,  görəsən,  yalnız  bir  tərəfin  (Əhli-sünnətin)  nəql  etdiyi 
hədis,  hər  iki  məzhəbin  sayı  qədər  nəql  etdikləri  səhih  hədislər  qarşısında  dura 
bilərmi? 
Görəsən,  Rəsulallahın  (s)  və  Allah-təalanın  Quranda  sevməyi  vacib  bildiyi 
şəxsləri  bir  kənara  qoyub,  onun  yerinə  başqalarına  əhəmiyyət  verilməsini  ağıl 
qəbul  edirmi?!  Görəsən,  Rəsulallahın  (s)  xanımı  və  Ümmül-möminin  olmaqdan 
başqa fəzilətinə dair heç bir dəlil olmayan Aişəni Allahın Quranda sevgisini vacib 
etdiyi,  haqqında  Təthir  ayəsi  nazil  olan  və  yenə  Quranın  hökmüylə  Mübahilə 
hadisəsinə  qatılmaq  iftixarına  yetişən  Fatimədən  (ə.s)  daha  çox  başqasının 
sevilməsi  düşünülə  bilərmi?!  Ənbiya  və  övliyaların  həvayi-nəfslərinə 
uymadıqlarını,  Allahdan  başqa  heç  kəsi  göz  önünə  gətirmədiklərini  çox  yaxşı 
bilirsiniz. Xüsusilə Rəsuli-əkrəm (s) ancaq Allah üçün sevər və ancaq Allah üçün 
nifrət edərdi. Allahın sevmədiyini qətiyyən sevməz və Allahın düşməni olmayana 
düşmən olmazdı. O zaman Allahın, sevməyi vacib etdiyi həzrət Fatiməni (ə.s) bir 
kənara qoyub başqalarını ondan üstün bilərmi?! 
Peyğəmbəri-əkrəm  (s)  həzrət  Fatiməni  (ə.s)  Allah  onu  sevdiyi  üçün  sevirdi. 
Rəsulallah  (s)  Allahın  aləmlərdəki  qadınlardan  üstün  etdiyi  və  sevgisini  vacib 
bildiyi  bir  kəsi  qoyub,  xanımlarından  birinin  onunla  müqayisə  edilməsini  qəbul 
edərmi? 
Ya  hər  iki  məzhəbin  qəbul  və  Qurani-kərimin  də  təyid  etdiyi  bu  səhih 
hədisləri  rədd  edəcəksiniz,  ya  da  ziddiyyətin  aradan  getməsi  üçün  söylədiyiniz 
hədislərin uydurma olduğunu qəbul edəcəksiniz. 


 
250 
«Rəsulallah (s) yanında ən çox sevilən şəxs Əbu Bəkr idi» hədisi də, böyük 
və  etibarlı  alimləriniz  tərəfindən  nəql  edilən;  «Rəsulallah  (s)  yanında  ən  çox 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin