Buxari, Müslim, Tirmizi, Nəsai və Səcistani öz mötəbər «Səhih»lərində, imam
Əhməd ibn Hənbəl «Müsnəd»də, İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə»də, İbn
Sabbağ Maliki «Füsulul-mühimmə»nin 21-ci səhifəsində, Süleyman Bəlxi Hənəfi
«Yənabiul-məvəddə»nin 8-ci babında Əhəd ibn Hənbəldən, Tirmizidən, Müvüffəq
ibn Əhməddən, İbn Məğazəlidən və «Sünən Əbu Davud»dan, onlar da
Peyğəmbərin köləsi Səfinədən, Ənəs ibn Malikdən və İbn Abbasdan bu hədisi nəql
etdikdən sonra belə deyir: «Təyr hədisini 24 nəfər Ənəsdən nəql etmişdir».
Xüsusilə Maliki «Fisulul-Muhimmə»də belə deyir: «Ənəs ibn Malik nəql etdiyi
Təyr hədisi, səhih və doğru hədislərin içində ən səhih və sağlam olan hədisdir».
Səbt ibn Covzi «təzkirə»nin 23-cü səhifəsində (Fəzail Əhməd və Sünən
Tirmizidən nəql edərək) və Məsudi «Murəvvicuz-Zəhəb»in II cildinin 49-cu
səhifəsində hədisin axırında Peyğəmbərin (s) duası və onun qəbul olunmasına
toxunmuşlar. İmam Əbu Əbdullah Əbdürrəhan Nəsai «Xəsaisul-Ələviyyə» adlı
kitabının 9-cu hədisində və Hafiz ibn Uqdə və Məhəmməd ibn Cərir Təbəri bu
hədisin mütəvatir olduğu və sənədləri haqqında yazdıqları məxsus kitablarında,
səhabədən 35 nəfərin bu hədisi Ənəsdən nəql etdiklərini yazmışdılar. Hafiz Əbu
Nəim də bu hədis haqqında qalın bir kitab yazmışdır.
Xülasə, böyük alimlərinizin hamısı öz mötəbər kitablarında bu hədisi nəql
etmişlər. Əllamə, mühəqqiq, zahid, adil, usdad Seyid Mir Həmid Hüseyn Deləvi
(sizlər onun elm, əməl və təqvasını daha yaxşı bilirsiniz) ki, Hindistandakı şöhrəti
günəşdən daha parlaqdır, «Əbəqatul-ənvar» kitabının bir cildini «Təyri-Mişviy»
hədisinə ayırmışdır. Orada əhli-sünnətin böyük alimlərinin etibarlı kitablarından bu
hədisin bir çox sənədlərini toplamışdır. Mən bu hədisi neçə sənədlə nəql etdiyini
indi xatırlamıram. Ancaq bu qədər bilirəm ki, bu hədisin sənədlərini oxuyarkən bu
böyük seyidin belə kiçik bir hədisin mütavitir olduğunu əhli-sünnətin öz
qaynaqlarından necə zəhmət çəkərək isbat etdiyini gördükdə, həqiqətən, çox
təəccüb etdim. Xülasə həm sünnilərin, həm də şiələrin hər zaman və hər yerdə
səhih olduğunu etiraf etdikləri o hədislərin hamısının əsası və nəticəsi budur: «Bir
253
qadın qızardılmış bir quşu Rəsulallahın (s) yeməsi üçün Ona hədiyyə etmişdir.
Rəsulallah (s) onu yemədən öndə əllərini göyə qaldırıb ehtiyacsız olan Allaha belə
dua etdi: «Allahım! Sənə və mənə ən sevimli olan məxluqunu göndər, bu