254
Peyğəmbər (s) yanında sevimli olmağı) həzrət Əliyə (ə) nisbət verərək, onun ülvi
məqamını xalqa billdirmək istədi».
Hicri 658-ci ildə Şamın Hafiz və mühəddisi olan Məhəmməd ibn Yusif Şafei
«Kifayəut-talib fi Mənaqibi-Əli ibn Əbu Talib» kitabının 33-cü babında mötəbər
sənədləriylə Ənəs və Səfinədən bu hədisi dörd yolla nəql etdikdən sonra deyir:
«Məhamili Amali» kitabının 9-cu cüzündə bu hədisi nəql edilmişdir. Bu, həzrət
Əlinin (ə) Allahın ən çox sevdiyi insan olduğunu isbat edən açıq bir dəlildir. Bu
mənaya dəlalət edən dəlillərin ən güclüsü də, Allahın öz Rəsulunun (s) düasını
qəbul edəcəyinə dair verdiyi vəddir. Peyğəmbəri-əkrəm (s) dua etdikdə Allah-təala
duanı o an qəbul edərək, ən sevdiyi insanı Rəsulunun (s) yanına göndərdi. O insan
Əlidən başqası deyildir.
Sonra belə davam edir: «Təyri Mişviy» hədisini Hakim Əbu Əbdüllah Hafiz
Nişpuri 86 nəfərdən, onlar da Ənəsdən nəql etmişlər. Hafiz 86 nəfərin hamısının
adını yazmışdır
1
«.
İndi insafla söyləyin. Söylədiyiniz hədis, xüsusilə ziddiyyətli olduğu halda
Rayt və əzəmətli Təyr hədisiylə birdirmi?! Cavab qətiyyətlə «xeyr!»dir. Əhli-
sünnətin böyük alimlərinin (çox az inadkar bir qrupundan başqa) hamısının nəql
edib, səhihliyinə təsdiqlədiyi səhih hədisləri bir kənara qoyub, o təktərəfli hədisi
qəbul etmək bir fayda verməz. Nəql etdiyiniz hədis tədqiqatçı hədis alimləri
tərəfindən rədd edilmişdir».
Dostları ilə paylaş: