Китабын ады


Şeyx: «Çox qəribədir, söylədiyimiz hər şeyi qəbul etməməyi və israrla onları  rədd etməyi qərara almısınız».    HƏQİQƏTİN BƏYANI



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə286/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   282   283   284   285   286   287   288   289   ...   314
2 5290018709182616340

Şeyx: «Çox qəribədir, söylədiyimiz hər şeyi qəbul etməməyi və israrla onları 
rədd etməyi qərara almısınız». 
 
HƏQİQƏTİN BƏYANI 
 
Dəvətçi:  «Şahidlərin  huzurunda  sizin  kimi  bir  alimin  mənə  belə  bir  şeyi 
söyləməsi, həqiqətən də, məni kədərləndirdi. Nə zaman elm, əql və məntiqlə uyğun 
olan bir dəlil gətirdiniz, mən isə  inadkarlıq edib, onu qəbul etmədim? Əgər zərrə 
                                                 
1
 Daha çox məlumat toplaman üçün «Kifayətut-talib»in 32-ci babına baza bilərsiniz.  


 
255 
qədər  inad  və  təəssübüm  və  ya  əhli-sünnət  qardaşlarıma  qarşı  hər  hansı  bir 
düşmənçiliyim varsa, Allahın yardım və rəhməti məndən uzaq olsun.  
Allahı  şahid  tuturam  ki,  indiyə  qədər  yəhudilərlə,  xristianlarla,  şindularla, 
bərahimələrlə,  İrandakı  əxlaqsız  bəhailərlə,  Hindistandakı  qədyanilərlə  azğın 
maddəçi  və  tabiətçilərlə  bir  çox  münazirələrdə  oldum  və  heç  birində  inadkarlıq 
etmədim. Hər yerdə və hər zaman Allahı nəzərdə tutdum. Hədəfim daima haqq və 
həqiqəti elm, əql, məntiq və insaf qanunlarına əsaslanaraq aşkar etmək olmuşdur. 
Kafir,  mürtəd  və  nəcis  insanlarla  bəhs  etdiyim  zaman  belə  inadkarlıq  etmədim; 
qaldı  ki,  eyni  ümmət  və  şəriətdən  olan,  qibləsi  və  hökmlərinə  tabe  olduğumuz 
Peyğəmbəri (s) bir olan müsəlman qardaşlarıma qarşı inadkarlıq edim. Ancaq sizdə 
sakin  olan  bir  xəta  var  ki,  ancaq  onu  məntiq  və  insaf  yoluyla  aradan  aparmaq 
lazımdır. Əlhəmdulillah ki, alimsiniz. Əgər bir az ata-babalarınızdan qalan adət və 
təəssüblərdən  uzaqlaşıb  insaf  dairəsinə  daxil  olsanız,  sağlam  bir  nəticə  əldə  edə 
bilərik». 
Şeyx:  «Lahurda  bərahimə  və  hindularla  etdiyiniz  bəhsləri  qəzet  və 
jurnallardan  oxuduq.  Bu  bizi,  həqiqətən,  çox  sevindirdi.  Hətta  sizi  görmədən 
qəlbimizdə bir məhəbbət oyandı. İnşallah, Allah-təala sizə və bizə müvəffəqiyyət 
verər, haqq və həqiqət aşkar olar.  
Əgər  bir  hədisin  səhihliyində  hər  hansı  bir  şübhə  olarsa,  sizin  də 
buyurduğunuz kimi, onu Quranla müqayisə etmək lazımdır. Əgər Əbu Bəkrin (r.z) 
fəzilət  və  Xuləfeyi-raşidinin  (r.z)  xilafətlərinə  aid  hədislərə  şübhə  edirsinizsə, 
qurandan qaynaqlanan dəlillərə də şübhə edib, onları zədələməyə çalışacaqsınız?». 
Dəvətçi: «Bu işdən Allaha sığınıram. Allah belə bir günü göstərməsin. Burada 
əhəmiyyətli  bir  nöqtəni  xatırladacağam.  Nə  zaman  bir  firqə,  bir  qövm,  ya  da  bir 
mürtədlə  münazirə  edirdimsə,  onların  hamısı  özlərinin  haqlı  olduqlarını  isbat 
etmək  üçün  Qurandan  dəlil  gətirirdilər.  Çünki  Qurani-məcidin  ayələrini  müxtəlif 
şəkillərdə  təfsir  etmək  mümkündür.  Xatəmül-ənbiya  (s)  insanların  Quranı  şəxsi 
mənfəətlərinə  uyğun  şəkildə  yozmalarının  qarşısını  almaq  üçün  Quranı  təkbaşına 
əmanət qoymadı. Rəsulallahın buyurduğu, hər iki məzhəb alimlərinin qəbul etdiyi 
«Mən  sizin  aranızda  iki  dəyərli  əmanət  qoyuram;  Allahın  Kitabı  və  itrətimi 


 
256 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin