Seyid Əmir Əhməd imam Rizanın (ə) şəhadətindən sonra elm, zöhd
2
, vərə
3
və
təqvada imam Museyi-Kazımın (ə) otuz səkkiz nəfər oğlan və qızdan ibarət
övladının ən fəallarından idi. İmam Kazım (ə) min dinara satın aldığı Sərriyə adlı
bir bağı ona hədiyyə etmişdi. Böyük ehtirama sahib olan bu imamzadə həyatında
min kölə alıb, Allah yolunda azad etmişdi.
Şiraza yetişdikdə, Sərəzdək məhəlləsində
4
Əhli-beyti (ə) sevən dostlarından
birinin evində məskunlaşıb, gecə-gündüz ibadətlə məşğul oldu. Fars valisi Qətləğ
xan tərəfindən imamzadələrin axtarılması üçün şər tərəfdə casuslar müəyyən
edildi. Nəhayət, bir ildən sonra cənab seyid Əmir Əhmədin yerini bilərək,
hökümətə xəbər verdilər. Hökümət də, o həzrəti tutmaq üçün çoxlu sayda əsgər
göndərdi.
1
Deyirlər ki, irandakı imamzadələrin əksəriyyəti, o hərəkatda sağa-sola dağılanlardır.
2
«Pəhrizkarlıq», «vaxtını ibadətə sərf etmə» mənalarını ifadə edir.
3
«Haramlardan çəkinmə» deməkdir.
4
Məzarın indiki yeri.