Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə292/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   288   289   290   291   292   293   294   295   ...   314
2 5290018709182616340

Dəvətçi: «Doğrusu, söhbətimizin yanlış və qərəzli olmaması üçün necə cavab 
verəcəyimi bilmirəm. Amma əgər insafla, təəssübsüz məsələyə baxalı olsanız, işin 
içində pis niyyət deyil, həqiqəti ortaya çıxarmağın olduğunu görəcəksiniz.  


 
258 
İndiyə  qədər  heç  kim  məzkur  ayəni  bu  şəkildə  təfsir  etməmişdir.  Hətta  ən 
mötəbər  təfsir  kitablarınızda  belə  ayə  belə  təfsir  edilməmişdir.  Əgər  bu  ayə 
xəlifələr  haqqında  oslaydı,  Əbu  Bəkr  Rəsuli-əkrəmin  (s)  vəfatından  sonra  həzrət 
Əli  (ə),  bəni-Haşim  və  ona  qarşı  çıxıb  beyət  etməyən  digər  böyük  səhabələrin 
etirazlarına qarşı bu ayəni dəlil olaraq gətirib, hər kəsi susdura bilərdi. Demək ki, 
buyurduğunuz sonradan çıxarılan və sahibinin də belə bir təfsirə razı olmadığı bir 
mənadır.  
Təbəri,  imam  Sələbi,  Fazil  Nişapuri,  cəlaluddin  Siyuti,  Qazı  Zəməxşəri  və 
imam Fəxri Razi kii digər böyük müfəssirlərinizin heç bir ayəni bu şəkildə təfsir 
etməmişlər.  Nə  zamandan  bəri  və  kimlər  tərəfindən  bu  şəkildə  məna  edildiyini 
bilmirəm.  Üstəlik,  ayədə  iddianızın  əksinə  olaraq  elmi,  ədəbi  və  əməli  maneələr 
vardır.  Kim  ayəni  belə  təfsir  etmişsə,  hədər  yerə  çalışmışdır.  Belə  təfsir  edən 
kimsə, əhli-sünnətin böyük alimlərinin yazdığı təfsirlərin başında Rəsulallahdan (s) 
nəql etdikləri bu hədisə diqqət etməmişdir: 
«Kim Quranı öz rəyinə görə təfsir edərsə. Onun yeri cəhənnəmdir». 
Bunun  təfsir  deyil  təvil  olduğunu  söyləsək,  o  zaman  bilin  ki,  sizlər  təvili 
qətiyyən  qəbul  etmirsiniz.  Əlavə  olaraq  bu  şərif  ayə  elm,  ədəb  və  ibarət 
baxımından məqsədinizə əks nəticə verir». 
Şeyx:  «bu  qədər  aydın  bir  ayəni  inkar  edəcəyiniz  güman  etmirdim.  Əgər, 
həqiqətən,  bu  ayənin  qarşısında  dəliliniz  varsa,  həqiqətin  ortaya  çıxması  üçün 
buyurun». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin