«Yusif» surəsinin 39-cu ayəsindən də göründüyü kimi, həzrət Yusif (ə)
zindanda olduğu müddətdə iki yoldaşı var idi:
«Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı Tanrılar yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan bir Allah?!». Müfəssirlər bu ayə haqqında belə deyirlər: Yusifi zindana gətirdikdə, şahın
aşbazı və xidmətçisi olan iki kafiri də onunla birlikdə zindana saldılar. Bu üç nəfər
beş il müddətində bir yerdə qaldılar. Ayədən göründüyü kimi həzrət Yusif (ə)
onlara «yoldaşlarım»-deyə xitab edir. Məgər Peyğəmbərin o iki kafirə yoldaş
deməsi onların fəzilət və şərəflərini isbatlayır. Yoxsa onlar iman gətirmişdilər?
Halbuki müfəssir və tarixçilərin hamısı onların beş il yoldaşlıq etdikdən sonra kafir
olaraq həzrət Yusifin (ə) yanından ayrıldıqlarını söyləyirlər.
Kəhf surəsinin 37-ci ayəsində də Allah-təala belə buyurur:
1
«Təvbə» surəsi, ayə: 40
263
«Onunla danışan yoldaşı ona dedi: «Səni əvvəlcə torpaqdan, sonra bir