Batil az bir müddət gəzər, durar, Haqq isə sabit və qalıcıdır.
Belə ki, hal-hazırda Şama gedənlər böyük bir təəccüb hissi keçirirlər. Çünki
Şam əhli onları o qədər sevdikləri halda, Üməyyə oğullarından heç birinin qəbri
belə qalmamış, bütün izləri silinib getmişdir. Lakin həzrət Əli (ə) və övladlarının
(ə) qəbirləri hər yerdə günəş kimi parlayır. Onların mübarək məzarları dünyanın
dörd tərəfindən gələn insanların ziyarətgahına çevrilmişdir. Hətta Şamda belə
Müaviyədən əsər olmadığı bir halda, Haşim oğullarının qəbirləri, xüsusilə də
Haşim, Səkinə, Fatimə, Əbdullah, Cəfəri-Təyyar və hətta Bilali-Həbəşinin (Allahın
salamı olsun onlara) məzarı belə bütün əzəmətiylə qalır. Xüsusilə də, Şamın bir
fərsəx uzaqlığındakı həzrət Zeynəbin (ə.s) məzarı hər kəsin axın etdiyi bir
ziyarətgah halına çevrilmişdir. Əməvi məscidinin yanında isə, imam Hüseynin (ə)
qızı Rüqəyyənin (ə.s) məzarı vardır. Deyilənlərə görə, Rüqəyyə (ə.s) əsirlik anında
Şam xarabasında dünyadan köçdü və elə orada da dəfn olundu. Oradan keçən şiə
və sünni hər bir müsəlman o həzrətə sevgi və ehtiram göstərir, Peyğəmbərin (s)
nəvəsi olan Rüqəyyənin (ə.s) əzəmətli ruhuna təvəssül edirlər.
Hal-hazırda da o qövmün ardıcılları bütün bunlardan ibrət almaq əvəzinə,
əcnəbilərin himayədarlığı ilə İslam düşmənlərinə alət olurlar.
Bəzən həzrət Əli (ə) və Əhli-beytə (ə) hücum edir, bəzən də Peyğəmbər (s)
kimi Əhli-beyti (ə) müdafiə etdiyi üçün şiyə alimlərinə iftira yağdırırlar. Tənə
vuraraq kimini əmanətsizlik, dinsizlik, kimini də əxlaqsızlıqda ittiham edirlər.
Beləcə, cəmiyyətin onlara inanmasına, etibar etməsinə mane olmağa və sözlərinin
qəlblərə təsir etməsinin qarşısını almağa çalışırlar. Xalqı cahilliyə sürükləyərək,
düşmənlərin hakimiyyətini təmin etmək istəyirlər. Halbuki peyğəmbərlərə və
vəsilərinə atdıqları iftiralar da təsirsiz olmuşdur. Şahidi olduğumuz kimi, o
həzrətlərin cəmiyyətdəki sevgisi günbəgün artmaqdadır.
11
İslam düşmənləri bunu bilməlidirlər ki, bir insan Allah üçün oldusa, Allah da
onun üçün olur. Bu səbəbdən, Allah-təala «Tövbə» surəsinin 32-ci ayəsində belə
buyurur: