Китабын ады


SEYİD ƏMİR ƏHMƏDİN DÖYÜŞÜ VƏ ŞƏHADƏTİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə30/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   26   27   28   29   30   31   32   33   ...   314
2 5290018709182616340

SEYİD ƏMİR ƏHMƏDİN DÖYÜŞÜ VƏ ŞƏHADƏTİ 
 
Seyid  Əmir  Əhməd  o  zalım  qövmə  qarşı  təkbaşına  mübarizə  apararaq  elə 
cəsarətli  davrandı  ki,  min  yüz  ildən  sonra,  elə  indinin  özündə  də  tarixi 
şəxsiyyətlərin  ibrət  və  həsədlərinə  səbəb  oldu.  Nəhayət,  ona  kömək  gəlmədiyini 
gördükdə, qonşunun evinin divarını dəlib, o həzrətin sığındığı evə girdilər. Həzrət 
döyüşdən  yorulduqda,  bir  az nəfəs  alıb, təkrar döyüşürdü.  Divara  söykənib nəfəs 
aldığı vaxt, arxadan başına bir qılınc endirdilər, eyni zamanda digər bir dəstə də evi 
sökməklə  məşğul  idi.  Bu  səbəbdən,  mübarək bədəni  torpaq  qalıqları  altında  gizli 
qaldı.  O  xaraba  ev  şəhər  əhalisi  tərəfindən  böyük  viranəyə  çevrildi.  Çünki  Şiraz 
şəhərinin camaatının çox az bir hissəsi mövcud hakimiyyətə müxalif idi. Hicri VII 
əsrin əvvəllərinə qədər, yəni Fars səltənəti Atabək Əbubəkr ibn Səd Müzəffiruiddin 
şahın  əlinə  keçənədək,  mübarək  bədəni  o  qalıqlar  altında  gizli  qaldı. 
Müzəffiruiddin şah saleh bir padşah idi. Otuz altı il dava edən səltənət dövründə 
zahid,  abid,  alim  və  fəzilətli  şəxslərə  qarşı  ehtiram  və  mütəhhər  İslam  şəriətini 
yaymaqda çox səylər göstərmişdi. «İnsanlar padşahların dini üzrədirlər» babından 
Fars  məmləkətinin  bütün  vəzir  və  böyük  şəxsiyyətləri  pak  İslam  şüarını  qoruyan 
kəslərdir.  
Atabək  Müzəffüruiddin  şahın  yaxın  vəzirlərindən  biri  də  Əmir 
Müqərrəbuiddin Məsud ibn Bədruddin idi. Bu vəzir, abadlığa və rifaha çox meyilli 
olan bir şəxs idi. Bu səbəbdən, Şiraz şəhərinin ortasında pis bir görkəm alan o uçuq 
Evin yığılıb-təmizlənməsi və yerində böyük bir bina tikilməsini əmr etdi. Bu işlə 
əlaqədar  çoxlu  sayda  işçi  qüvvəsi  oradakı  torpaq  və  başqa  qalıqları  şəhərin 
kənarına daşımağa başladılar.  
Bir gün iş əsnasında başından zədə almış bir insanın cəsədinin qalıqlar altında 
qalmış  olduğunu  görüb,  bu  məsələni  hökümətə  bildirirlər.  Baş  vəzir  və  bir  qrup 
digər  məmurlar  bu  hadisənin  nə  olduğunu  öyrənmək,  təftiş  etmək  məqsədiylə 
oraya gəldilər.  
 


 
37 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin