Zillətli həyat və izzətli ölüm Hər ikisini də çətin və şiddətli görürəm. Onlardan birini seçmək məcburiyyətində olsam İzzətli ölümə doğru getməyim daha gözəldir.
Bu anda düşmən tərəfindən bir ox Həzrətin mübarək alnına sancıldı və
beləliklə, şəhadət şərbətini içərək, Liqaullaha qovuşdu. O Həzrətin oğlu Yəhya
şiələrlə birlikdə qarışıqlıqdan istifadə edərək, atasının mübarək bədənini gizli bir
şəkildə götürüb şəhərin kənarındakı bir noxurun içərisində qəbir qazıb, dəfn
etdilər. O həzrətin qəbrinin harada olduğunu bilməmələri üçün noxurun suyunu
qəbrin üzərinə axıtdılar. Amma Yusif Səqəfinin mufsid
1
casusları bu hadisəni ona
çatdırdılar. Bundan sonra Yusif Səqəfi qəbrin açılması və cəsədin məzardan
çıxarılmasını əmr etdi. Qəbir açıldı və o həzrətin başını bədənindən ayırıb, Hişam
üçün Şama göndərdilər. O nanəcib, naəsl və məlun Kufə hakimi olan Yusif
Səqəfiyə, Zeydin bədənini üryan olaraq dar ağacından asmalarını əmr etdi. O
məlunlar da Hişamın əmrini yerinə yetirərək, səfər ayı Hicri-qəməri tarixi ilə 121-
ci ildə Rəsulallahın (s) zürriyətinin bədənini çılpaq şəkildə ağacdan asdılar.
Peyğəmbərin (s) bədəninin bir parçası olan o alim və zahidin bədəni 4 il ağacda
asılı qaldı. 126-cı ildə Vəlild ibn Yezid ibn Əbdülməlik ibn Mərvan xilafətə
yetişdikdə, o həzrətin sümüklərini dar ağacından endirilib yandırılması və sonra da
külünün havaya sovrulmasını əmr etdi, tabeliyində olanlar da bu əmri icra etdilər.
1
«Fəsad» sözündən götürülüb. Ərəb sözü olub, «fəsad törədən», «fitnəçi», «araqarışdıran» deməkdir.