ŞİRAZ SEYİDLƏRİ TEHRANDA
Mərhum Fətəli Şah Qacarın səltənət dövrünün sonlarında Mərhum seyidul-
füqaha vəl müctehid Əllamə Hacı seyid İsmayıl Müctehid Mücabın ən seçilmiş
övladlarından olan bizim böyük cəddimiz mərhum Seyid Həsən Vaiz Şirazi
müqəddəs Məşhəddə imam Rizanın (ə) məzari-şərifini ziyarət edib döndükdən
sonra Tehrana gəldi. Elmsevər Şahin şah ona çox maraq göstərib, Tehranda
qalmasını rica etdi. Dini vəzifəsini icra etmək üçün o, şahın ricasını qəbul etdi. O
zamanlar Tehranda alimlərin dini məsələləri bəyan etdikləri məscidlərdən başqa,
bu günki kimi digər təbliğat məclisləri adət və mütədavil deyildi. Təkkələrdə
sadəcə təziyə və nohə oxuyar, mərasimlər təşkil olunardı. Onlardan ən
əhəmiyyətlisi Şahin şah dövlətinin təkkəsində təşkil olunan məclislər idi.
Bu səbəbdən, hörmətli seyid Həsənin göstərişi və Şahin şahın təyidi ilə
təkkələr, nohə və təziyə məclislərini təbliğ məclislərinə çevirdilər.
Tehranda ilk təbliğ toplantısının təməlini qoyan və təbliğ minbərləri quran
mərhum seyid Həsən Vaix Şirazi olmuşdur. Bu toplantılar müctehid və mərceyi-
təqlidlərin hədəfləri istiqamətindəki irəliləyişlərə çox yardımçı olmuşdur.
Bunun üçün mərhum seyid Həsən böyük babamız və Şirazda yaşayan cəddi
mərhum hacı seyid İsmayıl Müctehid babasına bir məktub yazır. Bununla əlaqədar
öz övladları arasından seyid Cəfər, seyid Riza müctehidi-fəqih, hacı seyid Abbas,
seyid Cavad, seyid Məhdi, seyid Müslim, seyid Kazım və seyid Fəthullah Tehrana
gəldilər.
48
Qəzvin əhalisinin dəvəti ilə seyid Məhdi, seyid Müslim və seyid Kazım təbliğ
üçün o bölgəyə göndərilirlər. O üç seyidin nəslindən olan Mücabi seyidləri indi də
o bölgədə məşhur və mərufdurlar.
Mərhum seyid Həsənin özü də, digər qardaşlarıyla birlikdə Tehranda təbliğ
məclisləri təşkil edirdi. Nurlu şəriəti yaymağa çalışırdılar. Hicri 1291-ci ildə
mərhum seyid Həsən (r.ə) vəfat edir. Ondan sonra «Silsileyi-cəliləi sadat»ın
riyasəti mərhumun rəşid oğlu, mənim böyük babam olan mərhum seyid Qasim
Bəhrululuma verilir. Çünki «Silsileyi-cəliləi sadat»ın bu gözəl riyasət libası o
zaman min kişi bərabərində olan Şirazi ailəsi arasında zöhd, vərə və təqvada
məşhur, məqul və mənqulu
1
cəm üsul və furunu əhatə edən, zamanın üstün
zəkalısı, elm, əməl və siyasətdə məşhur olan sadəcə o şəni uca seyidə yaraşırdı.
Mərhum Bəhril-ulumun Allahın rəhmətinə qovuşduğu
2
Hicri 1308-ci ildən bu
zamana qədər, bu şəni uca ailənin riyasəti «Camiuş-şiə, muhyiş-şəriət, nasiri-millət
vəd-din, mürəvvici-əhkami-seyidil-mursəlin, siqətul-İslam vəd-müslimin, fəridüd-
dəhr, vəhidul-əsr» və Qacar şah Nəsrəddin tərəfindən «Əşrəful-vaizin» ləqəbiylə
məşhur olan həzrət seyid Əli Əkbər (daəd bərəkatuh) ilədir.
Bu uca insan 80 ilə yaxın müddət ərzində töhvid bayrağı olmuş və müxtəlif,
xüsusən son əsrin hadisələri, din düşmənləri və əcnəbilər qarşısında tam bir
cəsarət, fədakarlıq və sonsuz bir qüdrətlə durmuş, dini və əhkamı aşkar yaymağa
çalışmışdır. Mənhiyyatı (nəhy ediləni) qabaqlamaqda, pak İslam şəriətinin
hökmlərini qorumaqda, həqiqətləri çatdırmaqda və elm mərkəzlərini
genişləndirməkdəki xidmətləri dost və düşmən tərəfindən təsdiq və təyid olmuşdur.
O uca şəxsin günəşdən daha aşkar olan sehirli bəyan və təsiredici sözləri
müxtəlif zaman və məkanlarda üləmai-ələm və mərəceyi-təqlidlərin diqqətlərini
çəkmişdir. Xüsusilə Höccətul-İslamlar, ayətullahlar, mərceyi-təqlidlər, əsrin üstün
zəkalıları mərhum Höccətül-İslam hacı mirzə Məhəmməd Həsən Şiraziye Bozorq
(VIII yüzilliklə Əhli-beyt (ə) məzhəbini canlandıran), Hacı Mirzə Həbibullah
Rəşdi, Hacı şeyx Zeynülabidin Mazandarani, Hacı Mirzə Hüseyn, Hacı Mirzə Xəlil
1
«Məqul» və «mənqul», əqlə və nəqlə söykənən sözlərə deyilir.
2
Mərhum Bəhri-ulum hicri, 1308-ci ildə vəfat etmişdir. Kərbəlayi Müəllada irzə Musa Balkonuyla həzrət
Seyyiduşşuhədanın (ə) başının arxa tərəfi arasında cəddi mərhum seyid Həsən Vaiz Şirazinin qəbrinin kənarında
dəfn edildi.
49
Tehrani, seyid İsmail Sədr İsfahani və Mirzə Məhəmməd Təqi Şirazi (qaddəsəllahu
əsrarəhum), xüsusilə elm şəhəri Nəcəful-əşrəfdə oturan, bu qarmaqarışıq əsrdə
«Firqeyi-naciyeyi-İmamyyə»Nin riyasətinin qabaqcıl fəqihi Əhli-beyti ismət vət-
təharət seyidul-füqaha vəl-müctehidin, ayətullahi fil-ərəzin, nabiğatüd-dəhr və
həzrət seyid Əbül Həsən İsfahani (mətdəallahul-müsliminə bituli bəqaih) o şəni
uca seyid Əşrəful-vaizin haqqında həddindən çox lütf və məhəbbət izhar etmişlər
1
.
Seyid Əbül Həsən İsfahani (r.ə), həqiqətən, elm və Hüsni-siyasətilə « Mən
Dostları ilə paylaş: |