Allahdan başqa heç kəsdən qorxmurlar. Allah hesabgörücü olaraq yetər»
1
göz
önündə canlandıraraq təbliğ kürsüsündə oturmuş, Allahdan başqa heç kəsdən
qorxmadan, Ona söykənərək, üzərlərinə düşən vəzifələrini yerinə yetirmişlər».
Müzakirə bura yetişdikdə, Seyid Əbdülhəy saatına baxıb «Gecədən xeyli vaxt
keçmişdir. İzn versəniz, digər söhbətlər sabaha qalsın; sabah, inşallah, vaxtımızın
daha çox olması üçün bir az tez gələrik» dedi.
Mən də təbəssümlə, gülər üzlə həmsöhbətlərimə müvəffəqiyyət dilədim. Çay
içib Hindistan şirnilərindən yedikdən sonra ayağa qalxdılar; biz də səmimiyyət və
məhəbbətlə onlarla vidalaşdıq.
1
«Əzhab» surəsi, ayə: 39
51
İKİNCİ GECƏ
24 Rəcəb, şənbə gecəsi, 1345-ci il (1924)
Axşam namazından sonra dünən gecə məclisdə iştirak edən eyni şəxslər,
sonradan tacir və sahibkar olduqlarını bildiyimiz digər möhtərəm bir neçə nəfər
şəxslə birlikdə gəldilər; bir az səmimi söhbət etdikdən və çay içdikdən sonra Hafiz
ağa sözə başladı.
Hafiz: «Qibləsahib, tərif etmək üçün demirəm, həqiqətən, dünən gecəki
məclisdən böyük bir feyz aldıq, mühüm tarixi xatirələr eşitdik. Hüzurunuzdan
ayrıldıqdan sonra bütün yol boyu qardaşlarla sizin haqqınızda söhbət edirdik.
Həqiqətən, cazibəniz o qədər güclü idi ki, hamımızı sima və davranışına cəzb
etmişdi. Gözəl sima və davranışa sahib olan kəslər çox az tapılırlar. Şəhadət
verirəm ki, həqiqətən, sən Rəsulallahın (s) övladısan.
Bu gün sübh kitabxanaya getmişdim. Ənsab və tarix kitablarından bir neçə
cild, xüsusilə qədri uca seyidlərin nəsli haqqında «Hezar-məzar» və «Asari-əcəm»
kitablarını götürüb, mütaliə etdim və dünən gedə dediklərinizə bir az diqqət etdim;
həqiqətən, xoşhal oldum, feyz aldım və həqiqətən, bu şərəfli nəsilə qibtə etdim. Bir
müddət düşündüm, sonda bu cənab kimi şərif və nəsli doğru bir şəxsin bu gözəl
sima və davranışına baxmayaraq, nə səbəbdən keçmişdəkilərin mənasız və azğın
adətləri təsirindən qalaraq böyük cədlərinin yolundan çıxıb, məcusi iranlıların
siyasi adət və üsullarını qəbul etmişdir!» deyə düşünərək, çox təəssüf etdim».
Dəvətçi: «Birincisi, cənabın gözəl güman və baxışından şad oldum, təşəkkür
edirəm. İkincisi, məqsədinizi anlamadığım qarışıq və qeyri-müəyyən bir neçə
cümlə buyurdunuz. Zəhmət olmasa, həqiqətin əslinin aşkar olması üçün cümlələri
ayrı-ayrı bəyan edin. Məsələn, keçmişdəkilərin mənasız və azğın adətləri, üz
çevirdiyimiz dəyərli cədlərimin yolu və tabe olduğum İranın siyasi adət və üsulları
nələrdir?».
Hafiz: «Keçmişdəkilərin mənasız adətlərindən məqsədim, yəhudilərin əliylə
hənif dini olan İslama qatılan bidət və əqidələrdir».
|