Dəvətçi: «Sizin kimi alim bir şəxsin qətiyyən əsaslandırılmayan bu uydurma,
mənasız və cəfəngiyat sözlərlə dəlil gətirməsi, həqiqətən, təəccübləndiricidir.
Çünki bunlar xəvaric kimi münafiqlərin, təəssübkeş nasibilərin və Əməvilərin
yaydığı, avam xalqın da araşdırmadan, heç bir dəlil və bürhanları olmadan tabe
olduqları şeylərdir!
İndi əgər icazə versəniz, məsələnin aydınlıq tapması, müəmmanın
aydınlaşması və həqiqətin ortaya çıxması üçün həqiqətdən uzaq sözlərinizin
cavabını məclisin sonuna qədər müxtəsər şəkildə verməyə çalışacağam».