Китабын ады


onlar üçün acıqlı bir əzab vardır



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə51/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   47   48   49   50   51   52   53   54   ...   314
2 5290018709182616340

onlar üçün acıqlı bir əzab vardır». 
Hafiz: «Ayeyi-şərif haqdır; əlbəttə, kim haqqı gizlədərsə, bu ayələrin misdaqı 
olacaqdır.  Amma  biz  indiyə  qədər  gizlədiləcək  bir  haqq  görmədik;  əlbəttə,  hər 
haqqı  tanıdıqdan  sonra  onu  qulaq  ardına  vursaq,  bu  ayənin  hökmü  bizim  də 
haqqımızda  düzgün  olacaqdır;  ümidimiz,  heç  bir  zaman  zikr  edilən  ayələrin 
hökmünə düşməməkdir». 
Dəvətçi: «İndi Allah-təalanın lütf və inayəti və Xatəmul-ənbiyanın (s) xüsusi 
diqqəti  ilə  edə  bildiyimiz  qədər  günəşdən  daha  aydın  olan  haqqı  örtülü  pərdə 
arxasından  çıxarıb,  əziz  qardaşlarıma  (məclisdə  əyləşən  əhli-təsənnünə  işarə) 
                                                 
1
 «Nəcm» surəsi, ayə: 3 


 
57 
göstərəcəyəm.  Ümid  edirəm  ki,  zikr  etdiyimiz  hər  iki  ayəni  daima  gözümüz 
önündə canlandırıb, adət və təəssübün bizləri hər hansı bir haqqın gizlədilməsinə 
səbəb olmasına icazə verməyək». 
Hafiz:  «Allah  şahidi  olsun  ki,  hər  vaxt  bir  haqq  mənə  sabit  olarsa,  cidal 
etməyəcəyəm.  Siz  mənimlə  həm  söhbət  olmadığınıza  görə,  əxlaqımı  bilmirsiniz; 
nəfsimin istəklərinə qalib olmaq üçün çox ciddi və qətiyyətliyəm. Əgər tutarlı dəlil 
gətirsəniz,  təslim  olacağımın  şahidi  olarsınız.  Əgər  bir  bəyanın  və  sözün 
müqabilində  sakit  dursam,  onda  bilin  ki  bu  mövzu  haqqında  tamamilə  aydınlıq 
əldə  etmişəm.  Əgər  ziddiyyət  və  mübarizə  aparmaq  üçün  bir  yolsa  da,  cidal 
etməyəcəyəm; əgər cidal etməyə başlasam, həqiqətən, bu iki ayənin hökmü mənə 
şamildir.  
İndi həqiqət üzərində deyiləcək bəyanlarınızı dinləməyə hazıram; inşallah ki, 
Allah-təala bizi və sizi haqqa hidayət edər». 
Dəvətçi:  «Hafiz  Əbu  Nəim  İsfahani  Əhməd  ibn  Əbdullah  üləmayi-əzəm 
mühəddis,  böyü  və  dəyərli  mühəqqiqlərinizdəndir.  İbn  Xəllağan  «Vifyatul-əyan» 
kitabında  onu  belə  tərif  etmişdir:  «O,  ən  böyük  etibarlı  hafizlərdən  və  ən  elmli 
mühəddislərdəndir.  Onun  on  cildlik  «Hilyətul-övliya»  kitabı  ən  gözəl 
kitablardandır». 
Səlahuddin  Xəlil  ibn  Əbik  əs-Səfdi  «Vafi  bil-Vəfiyyat»  kitabında  onun 
haqqında  belə  deyir:  «Hədis  söyləyənlərin  tacı  Hafiz  Əbu  Nəim  elm,  zöhd  və 
dəyanətdə  imamdır;  rəvayətləri  dərk  və  nəql  etməkdə,  hifz  və  dəyanətdə  uca  bir 
məqama  sahibdir.  Onun  ən  gözəl  təsniflərindən  biri  də,  on  cildlik  «Hilyətul-
övliya»  kitabıdır.  Bu  kitab  səhiheyndən  («Səhihi-Buxari»  və  «Səhihi-Müslim») 
çıxarılış  edilmişdir.  Buxari  və  Müslimdəki  hədislərdən  əlavə,  bir  çox  hədisləri 
özünün eşitdiyi kimi nəql etmişdir». 
Məhəmməd  ibn  Əbdullah  əl-Xətib  də  «Ricali  mişqatil-məsabih»  kitabında 
onu  belə  tərif  edir:  «O,  etibarlı  hədis  şeylərindəndir;  nəql  etdiyi  hədislər 
araşdırılmışdır; o, şəni uca bir şəxsdir; yaşı isə, altmış doqquzdur». 
 


 
58 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin