Qısaca desək alim, hafiz, mühəddis olan və alimlərinizin də onunla iftixar
etdiyi belə bir kəs, öz sənədiylə mötəbər kitabı «Hilyətul-övliya»da İbn Abbasdan
belə nəql edir: «Bəyyinə» surəsinin 7-8-ci ayələri – «İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər. Rəbbləri yanında onların mükafatı, içində ağacları altından çaylar axan Ədn Cənnətdir. Allah onlardan razı, onlar da Allahdan razıdırlar» nazil olduqda, Rəsulallah (s) Əli ibn Əbu
Talibə (ə) xitabın belə buyurdu:
«Ya Əli! «xəyrul-bərriyə»dən (yaradılmışların ən xeyirlilərindən) məqsəd sən və sənin şiələrindir. Qiyamət günü sən və şiələrin Allahın sizdən, sizin də Allahdan razı və xoşhal olduğunuz halda gələcəksiniz».
Əbul-Müəyyid Müvəffəq ibn Əhməd Xərəzmi «Mənaqib» kitabının 17-ci
bölümündə, böyük müfəssirlərinizdən olan Hakim Əbülqasim Ubeydullah ibn
Əbdullah əl-Həskani «Şəvahidut-tənzil fi qavaidit-təfsil» və Məhəmməd ibn Yusif
Gənci Əş-Şafei «Kifayətut-talib» (səh: 119) və Səbt ibn Covzi «Təzkirətu xəvassil-
üməti fi mərifətil-əimməti» kitabında (səh: 31 ayəni yazmamaqla), Munzir ibn
Məhəmməd ibn Munzir, məxsusən Hakim rəvayət etmişlər ki, böyük
alimlərinizdən olan Hakim Əbu Əbdullah Hafiz mərfu
1
bir sənədlə bizə xəbər verdi
ki, Əmirəl-möminin Əli ibn Əbu Talibin (kərrəməllahu vəchəhu) katibi Yezid ibn
Şərahil O həzrətin belə buyurduğunu eşitdiyini nəql edir: «Xatəmul-ənbiya (s)