Qiyamət günü qurtuluşa yetişəcəklər».
Bu əsnada zikr edilən ayə (İnnəlləzinə amənu…) nazil oldu».
Yenə eyni təfsirdə İbn Ədiddən, o da İbn Abbasdan belə rəvayət etmişdir:
«Həmin ayə nazil olduqda, Rəsuli-əkrəm (s) Əirəl-möminin Əliyə belə buyurdu:
«Sən və şiələrin Qiyamət günü Allah sizdən sizin də Allahdan razı olduğunuz halda gələcəksiniz».
«Mənaqibi-Xarəzmi» kitabının IX bölümündə Cabir ibn Əbdullahdan belə
nəql edilmişdir: «Rəsulallahın (s) hüzurunda idik. Əli bizə doğru gəldi. Peyğəmbər
(s) «Qardaşım Əli yanınıza cəldi» buyurdu. Sonra Kəbəyə tərəf yönəldi və Əlinin
əlini tutub, belə buyurdu:
«Canım əlində Olana And olsun ki bu Əli və şiələri Qiyamət günü qurtuluşa çatanlardırlar».
Rəsulallah (s) daha sonra belə buyurdu:
«Əli hamınızdan daha əvvəl iman gətirdi; O, Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən