Китабын ады


Parlaq nurlu günəş gizlənincə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə6/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   2   3   4   5   6   7   8   9   ...   314
2 5290018709182616340

Parlaq nurlu günəş gizlənincə, 
Yarasalar çıxar oyun səhnəsinə. 
 
Xüsusən  də,  Misirdə  gizli  əllər  bir  qrup  kitab  və  məqalələr  ilə  məlumatsız, 
elmsiz  insanları  çaşqınlığa salmış,  şiələrin  kafi və  rafizi  olduğunu  ifadə  etmişlər. 
Xain olduğunu söyləyə bilməyəcəyim bir qrup qələm əhli keçmişlərinə bağlanaraq, 
açıq-aydın iftira dolu kitablar yazmış («Əs-sünnə vəş-şiə»), əsərlər nəşr etdirmiş və 
şiə aləminə zərbə vurmuşlar. 
Burada  söyləniləcək  bir  çox  şeylər  vardır.  Əgər  qələmi  sərbəst  buraxıb 
İslamın elmi, əməli və ictimai mövzularına baş vursam, bu ön söz də İbn Xəldunun 
ön sözü kimi uzanar və başdan-başa bir kitab olar.  
Son  olaraq  hörmətli  gənclərə  bunları  tövsiyə  edirəm:  özünüzü  şəxslərə  qul, 
kölə  etməyin;  hər  sözə  inanmayın,  hər  çağırışa  yönəlməyin;  haqq  şiə  məzhibi 
haqqında bir şübhə ortaya atıldıqda, həmin an elm əhli olan insanlarla yaxınlaşıb, 
zəlalətə  düşməkdən  qurtulmağa  çalışın.  Din  satıcıları  sizi  aldatmasın.  Onlar 
azadlığınızı qəsb etməklə sizdən faydalanmaq istəyirlər. Bu səbəbdən, batil sözləri 
haqq kimi göstərir, sizləri dindar insanlara qarşı pis rəftara yönəltməyə və aranıza 
fitnə-fəsad salmağa çalışırlar. Dində islahat və xurafatlara mane olmaq adı altında 
sizi 
dindən 
uzaqlaşdırmaq  istəyirlər.  Sizi  bir-birinizə  qarşı  qoyaraq, 
düşmənlərinizin  hakimiyyətini  təmin  edirlər.  Çünki  bizi  birləşdirən  yeganə  güc 
dindir.  İslam  düşmənləri  də  bu  yoldan  daxil  olaraq,  müsəlmanları  bir-birindən 
ayırmağa və onları imperialistlərə təslim etməyə alışırlar.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin