Китабын ады


BÜTÜN POZĞUNÇULUQ VƏ SAVAŞLAR İRQÇİLİK



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə69/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   65   66   67   68   69   70   71   72   ...   314
2 5290018709182616340

BÜTÜN POZĞUNÇULUQ VƏ SAVAŞLAR İRQÇİLİK 
SƏBƏBİNDƏNDİR 
 
Bütün  fitnə,  fəsad,  savaş  və  çəkişmələr  irqləri  ilə  öyünmələrdən  və  cahillik 
təəssübünə  görədir.  Almanlar  deyirlər  ki,  Ariya  və  Cirmin  irqi  bütün  irqlərdən 
üstündür. Yaponlar deyirlər ki, ağalıq haqqı sarı dərili olan irqindir. Avropalılar da 
deyirlər ki, ağ dərili olanlar böyük və üstündürlər. Ucqar Amerikada zəncilər insan 
haqlarından  məhrumdurlar;  hətta  ağların  kafe,  kinoteatr  və  mehmanxanalarına 
girməyə belə haqları yoxdur. Bir xristian zəncinin ağların kilsəsinə girməyə haqqı 
yoxdur. Təəccübləndirici şey budur ki, məbəddə də bir səviyyədə otura bilməzlər. 
Zəncilərin  ziyalı  və  alimləri  ağ  dərili  ziyalıların  elmi  toplantılarında  iştirak 
edərlərsə, məclisin arxa tərəfində oturmalı, ağ dərililərin qarşısında elmlərini izhar 
etməməlidirlər. Zənci olan bir ziyalı, ağ dərili gəncin qarşısında təzim edib, təslim 
olmalıdır.  Zənci  tələbələri,  ağ  dərililərin  məktəblərinə  buraxmırlar;  hətta  qatarın 
vaqonlarının arasında olan keçiddə bir zənci durub qalsa da, onun ağ dərililərin boş 
olan vaqonlarına keçmək haqqı yoxdur.  
Qısaca  desək,  Amerikadakı  zəncilərin  öz  azadlıqları  üçün  apardıqları 
mübarizəyə  baxmayaraq,  heyvanların  cərgəsində  sayılırlar.  Ağ  dərililər  kimi 
mövcud imtiyazlardan yararlanmaq haqları yoxdur
1

Lakin  müqəddəs  İslam  dini  azğın  və  xurafat  bütün  əqidələri  1400  il  bundan 
əvvəl  aradan  aparmış  və  «bütün  müsəlmanlar,  hansı  irq  və  qəbildən  olursa-
olsunlar, möhtərəmdirlər», deyə buyurmuşdur.  
                                                 
1
  İtaliyanın  diktator  rəhbəri  Mussalini  (Benito)  öz  təmsilçisinin  beynəlxalq  toplantıdan  çıxmasını  əmr  etdi.  Çünki 
Həbəşi  zəncilərinin  qatıldığı  bir  toplantıya  təmsilçisinin  qatılması,  onun  üçün  bir  təhqir  idi.  Amma  İslam 
Peyğəmbəri (s) on dörd əsr əvvəl Həbəşi zənci olan Bilalı bağrına basıb, ona «Ya Bilal! Bizə Quran oxu, bizi şa det» 
buyuruşdu. İndi əziz oxudular yolun hardan-haraya fərqli olduğuna diqqət etsinlər.  


 
73 
Avropalı, asiyalı, afrikalı müsəlmanlar bir-birlərinə qarşı məhəbbət bəsləyib, 
ədalətli  davranmalıdırlar;  dünyanın  harasında  olurlarsa-olsunlar,  daima  bir-
birlərinə  yardımçı  və  dərdlərinə  şərik  olmalıdırlar.  İslam  məkkəli,  mədinəli  və 
hicazlı  müsəlmanlar  ilə  digər  məmləkətlərin  müsəlmanları  arasında  heç  bir  fərq 
qoymamışdır.  
Bu  səbəbdən,  soyum  Hicazi,  Qureyşi,  Haşimi  və  Məhəmmədi  (s)  olduğuna 
görə  haqqı  gizlətməyim  doğru  deyildir.  Qətiyyətlə  deyirəm  ki,  saxta  hicazlıları 
mərdud sayır və iranlı müsəlmanları isə sevirəm. Biz insanların qəlbinə və imanına 
baxırıq, zahirinə yox! 
Üstəlik,  siz iranlı ğulatları heç  bir dəliliniz  olmadan  pak,  müvəhhid  və  xalis 
şiələrlə qarışdırdınız.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin