74
həkimanəsi, zatı əqidəsinin bəşər surətində aşkar olması lazım gəlirdi. Buna görə
həzrət Əlinin (ə) surətində zahir oldu!».
Bax bu səbəbdən, həzrət Əlinin (ə) məqamını həzrət Peyğəmbərin (s)
müqəddəs məqamından daha uca bilirlər. Həzrət Əlinin (ə) yaşadığı dövrdən
etibarən insu-cin şeytanlarının aldatmalarıyla, bir qrup insanlar bu əqidəyə sahib
olmuşlar. Həzrət Əlinin (ə) özü Hindistan və Sudandan gələn və Onun (ə) ilahlığını
iddia edən bir qrup insanlara xeyli nəsihət etdi. Bu nəsihətlərin bir fayda
vermədiyini gördükdə, onların dumanlı quyularda (tarix kitablarında nəql
edildiyinə görə) ölüdürülmələrini əmr etdi.
Bu hadisənin izahı Əllamə cəlilul-qədr, mərhum mola Məhəməd Baqir
Məclisi (r.ə) «Biharul-ənvar» kitabının VI cildində ətraflı şəkildə zikr edilmişdir.
Əmirəl-möminin həzrət Əli (ə) və digər məsum İmamlar (Allahın salamı olsun
onlara) onlara lənət edib özlərindən uzaqlaşdırmış və onlardan bizarlıq etmişlər.
Yenə mötəbər kitablarımızda mövlamız Əmirəl-möminin Əlinin (ə) belə dua
etdiyi nəql olunmuşdur:
«
Allahım! İsa ibn Məryəmin Nəsaradan (Xristianlar) bizarlıq etdiyi kimi,
Dostları ilə paylaş: