75
Rəsulunun (s) müəyyən etdiyi məqamın kənarına çıxaran və bəndəlik məqamından
Allahlıq məqamına yüksələn kəslərdən bizarlıq edirlər. Belə bir əqidəyə sahib olan
kəslər bizdən deyillər; onlar ğulat və məlunlardandır.
Sizlər şiə camaatını onlardan ayrı bilməlisiniz. Çünki, İmamiyyə alimləri
ğulatın kafi və nəcis olmaları haqqında icma etmişlər. Əgər şiə fəqihlərinin
«Cəvahirül-kəlam», «Məsaliq» və digər kitablarına, mərhum Ayətullah Yəzdinin
(qüddisə sirruh) «Urvətul-vüsqa» və Ayətullahul-üzma İsfahaninin (müddə
zilluhul-ali) «vəsilətun-nicat» adlı risalələrinə (kitablarına) müraciət etsəniz,
«Təharət», «Zəkat», «Nigah» və «İrs» bablarında müctehidlərimizin onların kafir
və nəcis olduqlarına dair fitvalarını görərsiniz. Bütün müctehidlərimiz, onların qüsl
və dəfnində iştirak etmənin, onlarla evlənmənin, (bu evlənmə əhli-kitabla
müvəqqəti olaraq caiz olsa da belə) müsəlmanın miras haqşqının və hətta sədəqə
və zəkatın onlara verilməsinin caiz olmadığına dair fitva vermişlər.
Qurtuluş əhli olan şiələr kəlam və əqaid kitablarında bu fəsid və kafir firqədən
bizarlıq etmənin hər müsəlmana, xüsusilə əqidələri xalis olan şiələrə vacib və
lazımlı olduğu, geniş bir şəkildə, dəlillərlə açıqlamışlar.
Ğulatın inkarına dair kifayət qədər ayə və hədis mövcuddur; biz onlardan
bəzisini bildiririk.
Allah-təala Maidə surəsinin 77-ci ayəsində belə buyurur:
«
De ki: «Ey kitab əhli haqsız yerə dininiz mövzusunda [İsanın nübuvvət
Dostları ilə paylaş: