Китабын ады


«Rəd» surəsindəki bu ayəni ona oxu



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə74/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   70   71   72   73   74   75   76   77   ...   314
2 5290018709182616340

«Rəd» surəsindəki bu ayəni ona oxu: 
«Yoxsa Allaha bir sıra şəriklər qoşdular ki, Onun (Allahın) yaratdığı kimi 
[guya  onlar  da]yaratdılar  və  sonra  da  [bu  iki]  yaranmışlar  [qarışıb]  bir-birinə 
oxşadılar.  De:  «Hər  şeyin  yaradanı  yalnız  Allahdır  və  O,  təkdir,  hər  şeyə 
qadirdir»
2
.  
Daha sonra buyurdu: 
                                                 
1
 Müfəvvize – bu söz lüğət etibarı ilə işləri başqasının öhdəsinə buraxmaq mənasını verir. Amma istilah olaraq, 
«Allah-təala insanları yaradıb, hər şeyi onların öz üzərinə burazmışdır» deyən kimsələrə deyilir.  
2
 «Rəd» surəsi, ayə: 16. 


 
77 
«Bu ayə, Allah-təalanın birliyinə aşkar şəkildə dəlalət edir». 
Zürarə belə deyir: «Onun yanına qayıtdıqda, İmamın (ə) buyurduğu bu ayəni 
ona oxudum. Bu ayəni oxumaqla sanki onun ağzına bir daş qoydum. Beləcə, susub 
qaldı». 
Ğulat firqəsini qınamaq və onları lənətləmək xüsusunda buna bənzər bir çox 
rəvayətlər bizim etibarlı kitablarımızda yer alır. Avam xalqın aldadılmasına səbəb 
ola  bilən  sözləri  ağzınıza  almamağınız  və  ilahi  ədalət  məhkəməsində  mühakimə 
edilməməniz üçün bizim sizin alimlərinizin kitablarını oxuduğumuz kimi sizin də 
şiə alimlərinin etibarlı kitablarını oxumağınız yaxşı olardı.  
Möhtərəm  ağaların insafla  danışmaqlarını  istəyirəm;  görəsən, İmamlarımızın 
(ə), şiələri hidayət etmələri üçün belə bəyan etdikləri və həqiqi şiələri, yəni həzrət 
Əlinin (ə) təqibçiləri və övladları öz rəhbərlərindən eşitdikləri halda, yenə də onları 
Allah və ya İlahilik məqamına ucaldarlarmı? 
Ğulat firqəsi tamamilə bizdən uzaqdır, biz də onlardan uzağıq. Zahirdə şiəlik 
iddiasında  olsalar  da,  Allah-təala,  Peyğəmbər  (s),  Əli  (ə)  və  Əli  (ə)  övladlarının 
hamısı və bütün şiələr onlardan uzaqdır. Çünki mövlamız Əmirəl-möminin həzrət 
Əli (ə) ğulatların rəhbəri olan məlun Əbdullah ibn Səbanı üç gün həbs etmiş, tövbə 
etməsini istəmiş, qəbul etmədikdə məcburən onu oda atıb yandırmışdır.  
Allah xatirinə,  etiraflı olun,  alimlərinizin təəssübkeşlərindən və  keçmişlərinə 
uyaraq  «şiə  məktəbinin  qurucusu  məlun  Əbdullah  ibn  Səbadır»  demələri  və  ya 
yazmaları utandırıcı deyilmi?! Şiə alimləri bu məsələ ilə bağlı bütün kitablarında 
İmamlarına  (ə)  bağlanmış,  Əbdüllah  ibn  Səbanı  məlun  bilmişlər.  Əbdullah  ibn 
Səbaya  uyan  kəslər  də  məlundur;  çünki  onlar  ğulatdır  və  Peyğəmbərin  (s)  Əhli-
beyti (ə) haqqında ifratçı düşüncəyə sahib olanlardır.  
Əgər təəssübkeş alimlərinizin yazdığı və digər şəxslərin də kor-koranə onlara 
bağlanaraq tədbir və minbərlərdə söylədikləri kimi, məlun Əbdullah ibn Səba şiə 
məktəbinin qurucusu və şiələr də onun təqibçiləri olsaydı, o zaman ən azından şiə 
kitablarından birinci o tərif edilərdi. Əgər şiə alimlərinin kitablarının sadəcə olaraq 
birində  məlun  Əbdullah  ibn  Səbanı  tərif  etdiklərini  göstərsəniz,  mən  bütün 
sözlərinizə  təslim  olacağam.  Amma  əgər  göstərməsəniz  (qətiyyən  göstərə 


 
78 
bilməzsiniz), o zaman hesab günündən və ilahi ədalət məhkəməsindən qorxun və 
pak  müvəhhid  şiələri  məlun  Əbdullah  ibn  Səbanın  təqibçiləri  kimi  tanıdıb, 
məsələni hər şeydən xəbərsiz avam xalqa yanlış çatdırmayın.  
Yenə alicənab qardaşlardan rica budur ki, elm əhlindən olduğunuz üçün daima 
qayda, elm, məntiq və həqiqət üzərində danışın; düşmənlərin inadkarcasına şiələrə 
nisbət verdikləri azğın və məntiqsiz sözlərdən çəkinin». 
Hafiz:  «Sizin  qardaşcasına  söylədiyiniz  nəsihətlərinizi  ağıllı  olan  hər  kəs 
qəbul edib, diqqət edir. Lakin icazənizlə, mən də yadınıza salım deyə, bəzi şeyləri 
ərz edim». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin